“Sabah”ın futbolçusu Polşa klublarına “yox” dedi
sport24.az saytına istinadən Icma.az xəbər verir.
"Sabah"ın futbolçusu Timoteuş Puxaçın karyerasını vətənində davam etdirmək imkanı olub. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, 27 yaşlı cinah müdafiəçisi ilə Polşanın "Rakuv" və "Legiya" (Varşava) klubları maraqlanıb.
Mənbənin bildirdiyinə əsasən, hər iki Ekstraklasa təmsilçisi agentlər vasitəsilə futbolçuya təklif göndərib və onun transfer imkanlarını dəyərləndirib.
Lakin Timoteuş Puxaç karyerasını "Sabah"da davam etdirmək istədiyi üçün bu variantları qəbul etməyib.
Qeyd edək ki, polşalı müdafiəçi ötən mövsümü icarə əsasında "Sabah"da keçirib. Mövsümün sonunda isə Masazır təmsilçisi onun transfer hüquqlarını Almaniyanın "Holştayn" klubundan birdəfəlik alıb.
Bu mövzuda digər xəbərlər:“Əgər Yamal yox, Messi olsaydı, həyəcan keçirərdim” “Sabah”ın futbolçusu
11 Noyabr 2026 13:18
“Qarabağ”ın futbolçusu Rusiya klubuna “yox” dedi
05 Noyabr 2025 15:27
Heç heçə? Yox, “Sabah”ın qələbəsi, “Qarabağ”ın məğlubiyyəti!
02 Mart 2026 14:12
Polşada kimlər “Qarabağ”ın yox, “Sabah”ın çempionluğunu istəyir?
22 Mart 2026 13:13
"Sabah"ın futbolçusu Polşa klubuna qayıtmaq istəyir
11 Noyabr 2026 11:00
Baxış sayı:116
Bu xəbər 30 İyun 2026 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















