“Sabah”ın gənc üzvü müqavilə məsələsinə aydınlıq gətirdi
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Sabah” futbolçusu Xəyal Əliyevə yeni müqavilə təklif edilməyib.
Bu barədə 22 yaşlı yarımmüdafiəçi özü bildirib.
Azərbaycan millisinin üzvü gələcək karyerası ilə bağlı suala belə reaksiya verib.
“Təkliflər barədə məlumatım yoxdur. Bunlarla menecerim maraqlanır deyə xəbərsizəm. “Sabah” isə hələlik yeni müqavilə təklif etməyib”, - deyə o, futbolinfo.az-a açıqlamasında söyləyib.
Əliyev Azərbaycan Kubokunun qalibi olmaları barədə təəssüratlarını da bölüşüb:
“Ardıcıl ikinci dəfə Azərbaycan Kubokunu qazandığımız üçün çox sevincliyik. İnşallah, gələn il yenə biz qalib gələrik. İnanırıq ki, uğurlarımız davamlı olacaq. Həmçinin “qızıl dubl” etdiyimiz üçün də çox xoşbəxtik”.
O, qarşıdakı hədəflərdən də söz açıb: “Çempionlar Liqasına yollanacağıq. Qrup mərhələsinə yüksəlməyi və orada mübarizə aparmağı düşünürük”.
Qeyd edək ki, Xəyal Əliyev 2024-cü ildən “Sabah”ın əsas komandasında çıxış edir. Onun hazırkı müqaviləsi növbəti mövsümün sonunda bitəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 15 May 2026 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















