Sabahın hava proqnozu açıqlandı: Temperatur yüksəlir
Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
Bakıda və Abşeron yarımadasında avqustun 3-də hava şəraitinin günəşli keçəcəyi gözlənilir.
Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-27, gündüz 35-39, bəzi yerlərdə 40 dərəcəyə yaxın isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 35-40 % təşkil edəcək. Dördpendirli pizza
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-28, gündüz 36-39, bəzi yerlərdə 41 dərəcəyədək isti, dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 02 Avqust 2025 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















