“Sabah”ın ikinci Skandinaviya sınağı Bu rəqibi də keçsə...
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu gün UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Sabah” növbəti vacib sınağına çıxacaq. Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv səfərdə Danimarkanın “Orhus” komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq və Randers şəhərində yerləşən "Cepheus Park" stadionunda oynanılacaq.
Bu cütün qalibi UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) və Serbiyanın “Srvena Zvezda” komandaları arasında keçiriləcək qarşılaşmanın üstün tərəfi ilə üz-üzə gələcək.
Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən mübarizəni dayandıracaq komanda avrokuboklarla vidalaşmayacaq. Məğlub tərəf UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Benfika” və Şotlandiyanın “Harts” klubları arasındakı cütün qalibi ilə qarşılaşacaq.
Komandalar arasında cavab görüşü avqustun 11-də Azərbaycanda keçiriləcək. Həmin matç Masazırda baş tutacaq və “Sabah” doğma azarkeşləri önündə növbəti mərhələyə yüksəlmək uğrunda mübarizə aparacaq.
Gözləntilərini bölüşən idman yazarı Natiq Muxtarlı Musavat.com-a deyib ki, Çempionlar Liqasında uğur qazanmaq üçün Azərbaycan çempionatındakı psixologiyadan qurtulmalısan. “Yəni “Sabah” Azərbaycan çempionatında meydanda gəzə-gəzə hansısa komandaya qalib gələr.
Amma ÇL-də mümkün deyil. Çempionlar Liqasında üç dəfə çox qaçmalısan, dayanmamalısan. Azərbaycan çempionatından ÇL-ə adaptasiya olmaq üçün güclü psixoloji yetkinlik lazımdır. Futbolçuları buna alışdırmaq da asan deyil”, - N.Muxtarlı bildirib.
Onun sözlərinə görə, Finlandiya klubu ilə səfərdəki görüşün ilk hissəsində “Sabah”ın futbolçularında arxayınlıq görüb: “Amma fasilədən sonra vəziyyət dəyişdi. Böyük ehtimalla, məşqçilər korpusunun fasilədə etdikləri xəbərdarlıq öz təsirini göstərmişdi. ÇL-də konsentrasiyanı azca itirdinsə, mütləq cəzalanacaqsan. Danimarka klubu nəhəng sayılmır. “Orxus” heç “Kopenhagen” də deyil. “Kopenhagen” daha adlı-sanlı, uğurlu komandadır.
Amma həmişə “Qarabağ”ın qarşısında aciz qalıb. Yəni “Sabah” bundan münasib rəqib arzulaya bilməzdi. “Bayquşlar”ın potensialı, oyun keyfiyyəti bu komandanı keçmək üçün yetərlidir. “Orxus” öz meydanında “avtobus” qurmayacaq. Bu da “Sabah” üçün uyğundur. Komandanın hücum potensialı güclüdür. Müdafiədə diqqətli olub, hücumda maksimum bitiriciliklə səfərdən sərfəli nəticə ilə qayıtmaq mümkündür. Amma komanda bu görüşə psixoloji cəhətdən hazır çıxmalıdır”.
Onun fikrincə, bu mərhələ keçilməlidir ki, Avropa Liqasının qrupu təmin edilsin: “Mən Avropa Liqasının qrupunu “Sabah” üçün uğur hesab edəcəm. Amma bu mərhələ keçilməsə, “Sabah” Konfrans Liqasında oynamalı olacaq. Çünki Avropa Liqasının pley-offundakı potensial rəqib, yəqin ki, “Benfika” olacaq. Konfrans Liqası isə “Sabah” üçün uğursuzluq sayılacaq”.
Baxış sayı:82
Bu xəbər 05 Avqust 2026 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















