Icma.az
close
up
RU
“Sabah”ın komandaları Türkiyədə beynəlxalq turnirdə iştirak etdilər

“Sabah”ın komandaları Türkiyədə beynəlxalq turnirdə iştirak etdilər

Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Sabah"ın U-13 və U-15 komandalarının iştirak etdiyi, Türkiyənin Antalya şəhərində keçirilən “Junior World Cup” beynəlxalq futbol turnirinə yekun vurulub. 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, U-13 “Konyaspor”a 3:1, “Hatay Altın Gençlik”ə isə 11:0 hesabıyla qalib gələrək qrup mərhələsini 2-ci sırada başa vurub. “Konyaspor”la oyunda "Sabah"ın qollarına Yusif Ağayev, Əli Hüseynli və İbrahim Sədiyev imza atıblar. “Hatay Altın Gençlik” komandası ilə qarşılaşmada isə Yusif Ağayev (5), Cəlal Məmmədli (3), Hüseyn Musayev, Çingiz Müslümov və Eltun Məmmədov fərqləniblər.  Nasir Nəsirlinin çalışdırdığı komanda 9-cu yer uğrunda matçlarda Türkiyənin "Kadriyespor" komandasını 9:0, Belarusun "Energetik" komandasını 3:0, Türkiyənin "Özerspor" komandasını isə 1:0 hesabıyla məğlub edib. "Kadriyespor"la oyunda təmsilçimizin qollarına Yusif Ağayev (3), Cəlal Məmmədli, Elman Tahirov, Çingiz Müslümov, Amal Şıxkərimzadə, Hüseyn Musayev və Əli Hüseynli imza atıblar. "Energetik"lə matçda "Sabah"dan Yusif Ağayev, Hüseyn Musayev və Ayxan Hüseynov fərqləniblər. "Özerspor"la görüşdə isə Yusif Ağayev "Sabah"ın yeganə qolunu vurub. "Sabah" turniri 36 komanda arasında 9-cu pillədə başa vurub. 

U-15 isə “Konyaaltı” komandasını 2:1, “Manisa” komandasını isə 7:0 hesabıyla məğlub edərək qrup mərhələsini lider kimi başa vurub. 

“Konyaaltı” ilə matçda "Sabah"ın qollarına Rəvan Məmmədov və Ayxan İbadov imza atıblar.  “Manisa” ilə matçda isə Firdovsi Şeydayev (2), Ayxan İbadov (2), Xəzər Hüseynzadə (2) və Rəvan Məmmədov fərqləniblər. Şahin Zeynalovun baş məşqçisi olduğu komanda 1/4 final mərhələsində İngiltərənin “Fulhem” komandasına 0:2 hesabıyla uduzub. "Sabah" 5-8-ci yerlər uğrunda mübarizədə Qazaxıstanın OİNA komandasına 6:0 hesabıyla qalib gəlib. Ruslan Əbilov, Rəvan Məmmədov (2), Çingiz Məmmədov (2) və Nizami Nəbiyev təmsilçimizin qollarına imza atıblar. Türkiyənin "Samsunspor" komandası ilə matçda 1:1 hesablı heç-heçə edən "Sabah", oyun sonrası penaltilər seriyasında 6-7 hesabıyla məğlub olub. Bu matçda "Sabah"ın yeganə qolunu Firdovsi Şeydayev vurub. Təmsilçimizin U-15 komandası turniri 24 komanda arasında 6-cı pillədə bitirib.
 

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:293
embedMənbə:https://sportal.az
archiveBu xəbər 20 Aprel 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri