Icma.az
close
up
RU
“Sabah”ın qiasa almaq istəyi: daha bir tarix yazılacaqmı?

“Sabah”ın qiasa almaq istəyi: daha bir tarix yazılacaqmı?

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Sabah” iyulun 10-da Bakıda keçirilən ilk oyunda ümidləri doğrultmadı.

"Football-plus.az" xatırladır ki, əvvəldən sona qədər davam edən mübarizə “bayquşlar”ın son dəqiqədə buraxdığı qol üzündən xəyal qırıqlığıyla nəticələndi. Halbuki həmin ərəfədə üçüncü dəfə fərqlənən komanda “Selye” yox, bizimkilər olmalıydı. Axı yalnız bu halda Sloveniyaya daha böyük ümidlərlə yollanmaq mümkün idi. O başqa məsələ ki, “sülh” də iştahımız üçün yetərli sayıla bilərdi.
Hər halda, hələ heç nə bitməyib. “Bayquşlar” Avropa Liqasında uğurlu debüt etməsə də, 2-ci təsnifat mərhələsinə yüksəlmək, daha bir tarix yazmaq şansını qoruyur. Odu ki, keçmişin yükünü daşımaq əvəzinə sabaha ümidlə baxaq! Baxmaq demişkən, bu matç da “İctimai” TV-nin efirində canlı yayınlanacaq.
Avropa Liqası
1-ci təsnifat mərhələsi, cavab oyunu
Selye (Sloveniya) – Sabah

Hakimlər: DRAQOMİR DRAQANOV, Xristo Haciyski, Krasimir Atanasov, Martin Jivkov Velikov (hamısı Bolqarıstan).
VAR hakimi: Vasimir Əl-Hatib (Bolqarıstan).
VAR hakiminin köməkçisi: Volen Çinkov (Bolqarıstan).
17 iyul. Selye. “Zdejele” stadionu. Saat 22.00.
İlk oyun – 3:2.
İlk matçın süjet xətti hələ də gözlərimizin önündədi. Futbol ictimaiyyəti həm “bayquşlar”ın, həm də “qraflar”ın hücumameyilli və döyüşkən oyununa şahidlik etdisə, səhvlərdən də agah oldu. Cavab matçının daha gərgin keçəcəyinə şübhə yoxdu. Ona görə ki, indi komandalar bir-birini daha yaxından tanıyır. Xüsusilə də “Sabah”. Axı sloveniyalılar ilk matçdan əvvəl heyət və oyun tərziylə bağlı xeyli məqama pərdə çəkmiş, rəqibinin informasiya toplamasına böyük ölçüdə mane olmuşdu.
Qısası, necə deyərlər, bu dəfə kartlar açıq olacaq. Təbii ki, “Selye”nin baş məşqçisi strateji manevrə əl atmasa… Bu barədə narahatlığımız əbəs deyil. Çünki adı çəkilən mütəxəssis avrokuboklardakı məlum uğurlarına görə Sloveniyada hələ ötən ildən müdrik strateq adlandırılır. Belədə Valdas Dambrauskasın növbəti sınağının da asan keçməyəcəyi gün kimi aydındı. Bu dəfə nə səhvə yer olacaq, nə də sığınmaq üçün tutarlı səbəb tapılacaq. Bu dəfə mümkün uğursuzluğu cəzası yetərincə ağır olacaq: turniri erkən tərk etmək. Dambrauskasın diliylə desək, artıq döyüşü yox, müharibəni uduzmaq!
Bəs “Sabah”ı Selyedə nə gözləyir? Bu haqda bir qədər ətraflı danışmağa dəyər. Çünki “qraflar” ev matçlarında pis təsir bağışlamır və bu məqam Masazır təmsilçisi üçün başağrısına çevrilə bilər. Kollektivin ötən “futbol ili”ndə qazandığı uğurları gözardı etməməliyik. Bununla belə, “Selye”nin ilk matçda qalib gəldiyini, mövsümə uğurlu start verdiyindən tərəfdarlarını stadiona gəlməyə təşviq etdiyini nəzərə almaqda fayda var. Üstəlik komandanın ev oyunlarında çox inamlı nəticə göstərir. “Selye” ötən mövsüm evdə keçirdiyi 10 avrokubok matçının 6-da qələbə qazanıb, 3-də heç-heçə edib. Göründüyü kimi, “qraflar” yalnız “Fiorentina”ya uduzub.
İstənilən halda, “Sabah” bu məqamlara diqqətlə yanaşmalı və Sloveniyadakı sınağın nə dərəcədə çətin ola biləcəyini dərk etməlidi. Onsuz da “Selye” Avropa səhnəsində bizimkilərlə müqayisədə xeyli xüsusiyyətinə görə favorit sayılır. Buna rəğmən, “bayquşlar”ın RFS (Latviya) (2:0) və Hayfa “Makkabi”sinə (İsrail) (3:0) qarşı keçirdiyi səfər matçlarını xatırlatmaq yerinə düşər. Bu o deməkdi ki, Masazır təmsilçisi rəqibi mübarizədən kənarlaşdıra biləcəyi yönündə ümidsizliyə qapılacağımız qədər zəif , təcrübəsiz və inamsız deyil.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 İyul 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri