“Sabah”ın qrupa düşməsi su içmək qədər asandı! yalnız bir şərt var
Icma.az bildirir, Footbal-plus portalına istinadən.
İyunun 16-da avrokubokların yeni mövsümünün püşkü atılacaq. Hələlik ölkəmizi qitə turnirlərində təmsil edəcək 4 komandadan üçünün adı bəllidi. Bunlar “Sabah”, “Qarabağ” və “Turan Tovuz”du. Sonuncu – 4-cü vəsiqəyə isə “Zirə” ilə “Neftçi” iddialıdı. “Qartallar” mayın 13-də ölkə kubokunu qazanarsa, yeganə sual da aradan qalxacaq. Bəs çempion “Sabah”ın qitənin üç kubokunun birində qrupa düşməsi nə dərəcədə realdı? Belə görünür ki, bu çox real və asan vəzifədi!
Bəribaşdan xatırladaq ki, Çempionlar Liqasında mübarizəyə 1-ci təsnifat mərhələsindən qoşulacaq “Sabah” püşkatmada “səpələnməmişlər” səbətində yer alacaq. “Bayquşlar”ın səbətdəki yeri mayın 9-da – “Drita” Kosovo çempionu olandan sonra dəqiqləşib. “Sabah”ın UEFA reytinqində cəmi 6 xalı var ki, bu nəticə də “səpələnmişlər” səbətində yer almaq üçün bəs etmir. İlk təsnifat mərhələsində “bayquşlar”ın bəxtinə məhz “səpələnmişlər” səbətində olan 14 komandadan biri düşəcək. Hələ ki həmin səbətin tərkibi dəqiqləşməyib.
“Sabah” Azərbaycanın avrokuboklardakı qüruru “Qarabağ”dan reytinq baxımından çox geri qalır deyə təlaşa düşməyə, göz yaşı axıtmağa dəyməz. Sadəcə, istənilən halda, ÇL-də 1-ci mərhələni keçmək çox vacibdi. Çünki ilk mərhələdə uduzan komandalar mübarizəni Avropa Liqasında yox, Konfrans Liqasında davam etdirəcək. Belədə əsas mərhələyə qədər irəliləmək üçün üç rəqibi sıradan çıxarmaq lazımdı ki, bu da “Sabah” üçün çox çətin vəzifə olardı.
Amma “Sabah” ÇL-də ilk mərhələni arxada qoyan kimi önündə geniş perspektiv açılacaq. Çünki 2-ci mərhələdə uduzan avtomatik Avropa Liqasının 3-cü mərhələsinə yollanır. Yox, orda da uduzarsa, Konfrans Liqasında pley-offda mübarizə aparır ki, burdan da əsas mərhələyə yol cəmi bir addımdı. Kəsəsi, “Sabah” ÇL-də ilk mərhələni keçməlidi ki, uzun fasilədən sonra ölkəmizin əsas mərhələdə iki komandasını görə bilək. Axı “Qarabağ”dan arxayınıq!
ORXAN
Baxış sayı:94
Bu xəbər 11 May 2026 21:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















