“Sabah”ın rəqibi kapitanı ilə müqaviləsini uzatdı
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Sabah” futbol klubunun Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan “Napoli” kapitanı Covanni Di Lorensonun müqaviləsini uzadıb.
İdman.Biz xəbər verir ki, 33 yaşlı müdafiəçinin yeni sözləşməsi 2030-cu il iyunun 30-dək qüvvədə olacaq.
Qeyd edək ki, Di Lorenso 2019-cu ilin yayından “Napoli”nin formasını geyinir. O, bu müddətdə komandanın heyətində 307 rəsmi oyuna çıxıb və 20 qol vurub.
İtaliyalı futbolçu Neapol klubu ilə iki dəfə ölkə çempionu olub, həmçinin İtaliya Kuboku və Superkubokunu qazanıb.
Baxış sayı:109
Bu xəbər 02 Sentyabr 2026 23:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















