Icma.az
close
up
RU
“Sabah”ın taleyi “Qarabağ” “Braqa” matçının şahidinin əlindədi

“Sabah”ın taleyi “Qarabağ” “Braqa” matçının şahidinin əlindədi

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Məlum olduğu kimi, ilk oyunun baş hakimi Daniyar Saxi vəzifəsinin öhdəsindən layiqincə gəldi.

Qazaxıstanlı referi oyunu elə idarə etdi ki, nə şiş yandı, nə də kabab. Bəli, Albert Rieranın forma rəngiylə bağlı məlum narazılığı, üstəlik bu məqama Qazaxıstan – Azərbaycan dostluğu prizmasından yanaşması yadımızdadı. Lakin həmin məsələnin hadisələrin axarına ciddi təsir etdiyini demək çətindi. Hər halda, “qraflar”ın layiqli qələbə qazandığına, “bayquşlar” öz səhvləri üzündən məğlubiyyətlə barışmalı olduqlarına şübhə yoxdu. Elə isə növbə azı Saxi qədər dəqiq, qərəzsiz və vicdanlı idarəçiliyiylə yadda qalacağına ümid etdiyimiz Draqomir Draqanovdadı. Əvvəlcədən bildirək ki, söhbət avrokuboklarda zəngin təcrübəsi olmayan, bir qədər qəddar və azərbaycanlı futbolsevərlərə tanış ədalət təmsilçisindən gedir.
Draqomir Draqanov... 43 yaşlı bolqarıstanlı 2002-14 aralığında peşəkar futbolçu, dəqiq desək, mərkəz hücumçusu kimi fəaliyyət göstərib. Sonradan “fit sahibi” olmaq yolunda inamlı addımlar atan Draqanov indiyə qədər ölkəsində 135 yüksək, 37 aşağı liqa, 17 ölkə kuboku, 1 Bolqarıstan superkuboku matçını idarə edib. Əsas çempionat görüşlərində 604 sarı, 35 qırmızı vərəqə göstərib. Hakim karyerasının ilk qarşılaşmasını 2014-cü ildə keçirən Draqanov 2020-ci ildə FİFA referisi statusu qazanıb. O, Çempionlar və Avropa Liqasının, 19 və 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin matçlarını, həmçinin, beynəlxalq yoldaşlıq oyunlarını idarə edib. Göründüyü kimi, Draqanov cümə axşamı Avropa Liqasında baş hakim kimi debüt matçını keçirəcək.
Bəs biz onu hardan tanıyırıq? Ədalət təmsilçisi klublarımızın avrokubok matçlarında baş hakim kimi olmasa da, VAR-da əyləşənlən sırasında görünüb. Onun Azərbaycanla ilk tanışlığı 2018-ci ilə təsadüf edir. “Fit sahibi” həmin vaxt Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Baltsan” (Malta) – “Keşlə” (4:1) oyununda dördüncü hakim olub. Onun ölkəmizlə bağlı növbəti təyinatı isə 2023-cü ildə Avropa Liqasının pley-off mərhələsinin “Olimpiya” (Sloveniya) – “Qarabağ” (0:2) matçına təsadüf edib. Bolqar həmin görüşdə VAR hakimi olub. O, ötən ilin fevralında “Tofiq Bəhramov”da şahidlik etdiyimiz əfsanəvi “Qarabağ” – “Braqa” qarşılaşmasında da iş başında olub. Bu dəfə VAR hakiminin köməkçisi kimi. Xatırladaq ki, “köhlən atlar” həmin görüşdə 2:3 hesabıyla uduzsa da, birinci matçda 4:2 hesablı qələbə qazandığına görə tarixində ilk dəfə Avropa Liqasının 1/8 finalına adlayıb.
Ümumiyyətlə, Draqanov karyerası ərzində 232 matç idarə edib. O, bu qarşılaşmalarda 1013 sarı, 54 qırmızı vərəqə göstərib. Deməli, “Sabah”ın futbolçuları qayda pozuntusuna yol verməmiş iki dəfə düşünməli, özünü hakimin mərhəmətinə buraxmamalıdı. Məğlubiyyəti bağışlamaq olar, amma Draqanovun mərhəmət göstərməyəcəyini bilə-bilə, komandasını pis vəziyyətə qoyacaq futbolçunu hansı azarkeş əfv edəcək?
KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 İyul 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri