“Sabah”ın tarixi qələbəsi Azərbaycanı UEFA da 25 ci yerə yüksəltdi
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda İsrailin “Hapoel” (Beer-Şeva) klubunu 5:2 hesabı ilə məğlub edərək, iki oyunun nəticəsinə əsasən turnirin əsas mərhələsinə vəsiqə qazanıb və bununla da Azərbaycanın UEFA reytinqindəki xal ehtiyatına növbəti xalları əlavə edib.
İdman.Biz xəbər verir ki, bu tarixi qələbə sayəsində “Sabah” ölkənin aktivinə +1,750 xal əlavə edib.
Bunun nəticəsində Azərbaycan UEFA reytinqində Sloveniyanı geridə qoyaraq 25-ci pilləyə yüksəlib. Ölkənin əmsalı 23,687 təşkil edir.
Bundan əlavə, Çempionlar Liqasının əsas mərhələsində iştirakına görə “Sabah” klub reytinqində artıq zəmanətli 6,000 bonus xal əldə edib.
Bu mövzuda digər xəbərlər:“Sabah”ın qələbəsi Azərbaycanı UEFA reytinqində yüksəltdi
14 Oktyabr 2026 10:23
Sabah ın tarixi qələbəsi GENİŞ İCMAL
26 Avqust 2026 00:48
Sabah ın 50 ci ev qələbəsi
11 Fevral 2026 22:15
Sabah ın səfər qələbəsi Azərbaycanın qazancını artırdı UEFA reytinqi
15 İyul 2026 09:34
UEFA reytinqində dəyişiklik: “Sabah”ın qələbəsi Azərbaycana xal gətirdi
12 Avqust 2026 09:54
Baxış sayı:107
Bu xəbər 26 Avqust 2026 09:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















