Icma.az
close
up
RU
Sabahın yeni baş məşqçisi bu əcnəbi olacaq?

Sabahın yeni baş məşqçisi bu əcnəbi olacaq?

Xəbər verdiyimiz kimi, "Sabah" klubu bu gün baş məşqçisi Krunoslav Renduliçlə yollarını ayırıb.

QOL.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Bəs, onu kim əvəzləyəcək?

Rusiyanın "legalbet" saytının yazdığına görə, Bakı təmsilçisi rusiyalı mütəxəssis Vasili Berezutski ilə danışıqlar aparır. Hazırda 42 yaşlı bu mütəxəssis Çinin "Şanxay Şenxua" komandasında həmyerlisi Leonid Slutskinin köməkçisi işləyir. Əgər razılıq olarsa, Slutskinin Berezutkisini buraxacağı bildirilir.

Qeyd olunur ki, klub indiyədək baş məşqçi vəzifəsində işləməyən Berezutskinin təyinatında riskə getmək istəyir. Hələlik "Sabah" klubu bu xəbərlərə münasibət bildirməyib. 

Qeyd edək ki, Berezutkski buna qədər SSKA-da Viktor Qonçarenko və Aleksey Berezutskinin, eləcə də "Krasnodar"da Qonçarenkonun köməkçisi vəzifəsində çalışıb.

Xatırladaq ki, indiyədək "Sabah"da bir rus məşqçi - Murad Musayev də işləyib.

seeBaxış sayı:64
embedMənbə:https://qol.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri