Icma.az
close
up
RU
“Sabah”la matçda qələbə üçün oynayacağıq” Vernidub

“Sabah”la matçda qələbə üçün oynayacağıq” Vernidub

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Misli Premyer Liqasının XXXI turunun “Neftçi” – “Şamaxı” oyunundan (3:0) sonra meydan sahib komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib:

– Ukraynalı mütəxəssis Lobanovskinin komandalarının vizik kartı o idi ki, ilk dəqiqələrdən pressinq tətbiq edir, qol vurur və müdafiəyə çəkilir. Bu gün də “Neftçi” bu sistemlə göründü. Bunu bəyənirsiniz deyə, tətbiq edirsiniz?
– Lobanovski böyük əfsanədir. Deməzdim ki, onu çox yaxşı tanıyıram və sistemini tətbiq etmək istəyirəm. “Neftçi” olaraq çalışırıq ki, adımıza layiq oyun göstərək. İlk dəqiqələrdən aqressiv olmalı, pressinq etməliyik. Bizdən aşağı sıralarda qərarlaşan komandalara tez qol vuranda oyun daha asanlaşır. Bəzən bu, yaxşı alınır. Bugünkü matçda da çox tez qol vurduq, əlavə şanslar yaratdıq. Amma bir neçə epizodda fürsətləri boşa verdik. İkinci hissə isə edə bilmədiklərimizi etdik. Xoşdur ki, komandam vəziyyəti dərk edir və oyunun əvvəlindən müdafiədə qalmır.

– “Qarabağ”ı 5 il idi, məğlub edə bilmirdiniz və seriyanı siz pozdunuz. Komanda üç ildir “Sabah”a da qalib gələ bilmir, bu həsrəti də başa çatdıra biləcəksiniz?
– Başqa yolumuz yoxdur. Hazırda turnir cədvəlinə baxsaq, “Zirə” ilə aramızda üç xallıq fərq var və bu, heç nə demək deyil. “Sabah”la matçda qələbə üçün oynayacağıq. Əlimizdən gələni edəcəyik ki, mövsümü yaxşı yerdə bitirək.

– Qapıçı mövqeyində dəyişikliyi daha tez etməli olduğunuzu düşünmürsünüz?
– Qeyri-adi bir şey görmürəm. Emil Balayev və Kenan Piriç yaxşı qapıçıdır. Sadəcə, “Qarabağ”a böyük hesablı məğlubiyyətdən sonra Emilə şans verməyi qərara aldım. Həmin matçdan sonra dəyişiklik etməli idim. Gələcək üçün deyə bilərəm ki, eyni səviyyəli iki qapıçımız var. Düşünürəm ki, hər ikisi şansını qazanacaq.

– Abubakar məsələsi necə olacaq? Hardadır, nə üçün oynamır?
– Hər futbolçunun şansı olacaq. Daha əvvəl Ağadadaş haqqında suallar verilirdi, amma son iki matçda o da oynayır. Məşqdə göstərdiyi əzmkarlığını bəyənirəm və buna görə şans verirəm. Kimlər yaxşı olacaq, onlar da şans əldə edəcək. Bu, bizim futbol həyatımızdır.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 10 May 2026 21:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri