Icma.az
close
up
RU
“Sabah”la “Neftçi”nin (yalançı) rəqabət yaratmaq arzusu YAZI

“Sabah”la “Neftçi”nin (yalançı) rəqabət yaratmaq arzusu YAZI

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Heç kim mübahisə etməz ki, “Sabah”la “Neftçi” Azərbaycanın ən zəngin üç klubundan ikisidi. Bəlkə də elə ilk iki pilləni bu komandalar tuturlar.

Sizin də yadınızda olar, bu yaxınlarda “Neftçi”nin büdcəsi açıqlanmışdı. Hamı gördü ki, paytaxt klubunun məvacibə xərclədiyi pul elə “Qarabağ”ın xərclərinə yaxındı. “Qarabağ” Azərbaycanı avorkuboklarda uğurla təmsil edir, ölkə çempionatında rəqib tanımır. Bu mənada Ağdam təmsilçisində forma geyən futbolçuların bu pullara layiq olduğunu düşünməyə bilmirik. Nəzərə alanda ki, “Neftçi” ötən mövsüm “Qarabağ”dan nəinki xal almağı, heç bu komandanın qapısına qol vurmağı bacarmayıb, onda o böyük pulların futbolçulara hansı xidmətlərinə görə ödənildiyi də sual doğurur.
Bəli, “Sabah” mayın son günlərində ölkə kubokunu qazanmaqla yola saldığımız mövsümdəki uğursuzluğunu bir qədər ört-basdır etməyi bacardı. Amma bu qənimət belə biabırçılığa don geyindirə, onun üstünü örtə bilməz. Başqa ölkələrdə hətta aşağı liqa təmsilçilərinin kuboku başı üzərinə qaldırdığını görürük.
Deməli, kuboku qazanmaq heç də ciddi uğur sayılmamalıdı. Çünki orda bəzən həlledici məqamlardakı xırda təsadüflər böyük rol oynayır. Məsələn, hansısa futbolçuların mövsümün sonuna yaxşı formada olmaması, yaxud da hakimlərin səhv qərarları nəticəsində oyunun müqəddəratının həlli. Ələlxüsus da Azərbaycan kimi ədalətsiz hakim idarəçiliyindən əziyyət çəkən ölkələrdə belə səhvlər həlledici olur.
Bunu deməklə “Sabah”ın əziyyətini yerə vurmaq, “bayquşlar”ın uğuruna kölgə salmaq fikrində deyiləm. Ortada bir də böyük və danılmaz fakt var ki, o da “Sabah”ın premyer-liqada mövsümü 5-ci pillədə başa vurması, 108 mümkün xaldan cəmi 48-ni toplamasıdı. Bu yerdə onu da diqqətə çatdırım ki, 4-cü pillədəki “Turan Tovuz” “Sabah”ı yekunda 7 xal qabaqladı.
“Neftçi”nin durumu isə daha acınacaqlı oldu. Lap rəhmətlik Böyükağa Hacıyevin dediyi kimi: üç yaşlı qadın lazım idi ki, “Neftçi”nin halına ağlasın. Çünki “ağ-qaralar” “Sabah”dan 5, “Turan Tovuz”dan 12 xal geridə qalmaqla 6-cı oldular. 36 oyunun cəmi onunda qələbəyə sevinmək isə ölkənin ən qocaman klubunun nəinki tarixinə və iddialarına, heç xərclənən o milyonlara da uyğun gəlmədi.
Komandanın top fərqi də acınacaqlı oldu. Vurulan 39 qolun qarşılığında “ağ-qaralar” öz qapısından 49 top çıxardılar ki, bu da fərqin mənfi 10-a bərabər olması deməkdi. Qol məsələsində “Neftçi”nin tək təsəllisi “Araz Naxçıvan”dan 5 qol artıq vurmaq ola bilər ki, Elmar Baxşıyevin çalışdırdığı komanda rəqiblərin cəmi 29 dəfə sevinməsinə icazə verib. Yəni ki, Muxtar Respublikanı Mərdəkanda təmsil etməyə çalışan komanda “Neftçi”dən düz 20 qol az buraxıb.
Bütün bu acınacaqlı rəqəmlərin fonunda “Sabah”la “Neftçi” bir-birinin, eləcə də digər rəqiblərin “bostanına daş atmaqla”, yaxud da yeni transferlərini təmtəraqlı təqdimatlarla açıqlamaqla diqqətləri üzərlərinə çəkməyə çalışırlar. Bu xüsusda da onların Türkiyə klublarını yamsılaması heç kimə sirr deyil. Elə Türkiyə klubları da onlar kimi, daxili yarışlarda bir-birinin ətini didib, avrokuboklardan əlləri ətəklərindən uzun şəkildə geri dönməyi sevirlər. “Sabah” “Neftçi”nin “əsəblərinə toxunmaq” üçün “Bu şəhər ikimizə dar” mahnısını bir neçə dəfə Masazırdakı stadionun səsgücləndiricilərindən azarkeşlərə eşitdirib. Bununla da demək istəyirlər ki, “Sabah” Bakını “Neftçi”yə və onun azarkeşlərinə dar edib. “Neftçi” də oxşar davranışı mərhum Anar Nağılbazın “Sabah olmayacaq” repindən istifadə etməklə göstərib. Sabah da olub, axşam da. Bakı da, maşallah, o qədər böyük şəhərdi ki, burda “Sabah”la “Neftçi”yə də, onların çoxsaylı legionerlərinə də yer tapılıb.
Sözümün canı odu ki, mahnı səsləndirməklə, atmaca atmaqla, bir vaqon legioner qarşılayıb-yola salmaqla yaxşı futbol oynamaq olmur. Rəqabəti süni şəkildə yaratmaq lazım deyil. Heyəti gücləndirmək, yaxşı nəticələr qazanmaq lazımdı ki, istədiyiniz rəqabət mühiti də yaransın. Ümid edək ki, qarşıdakı mövsümdə məhz belə olacaq, “Sabah”la “Neftçi” gücü mahnı səsləndirməyə yox, yaxşı futbolçu gətirib, rəqibləri məğlub etməyə verəcəklər.
AMAL

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 İyun 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri