ŞABAK 2025 ci ilin əvvəlindən bəri 85 İran kiberhücumunun qarşısını alıb
Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.
Bizimyol.info xəbər verir ki, qurumun açıqlamasına görə, bu hücumların əsas məqsədi — fişinq (aldadıcı) mesajlar vasitəsilə qurbanların şəxsi cihazlarına və hesablarına giriş əldə etmək, daha sonra bu məlumatları kəşfiyyat və hücum planlaşdırılması üçün istifadə etmək olub.
Fişinq hücumları ən çox elektron poçt, "WhatsApp" və "Telegram" messencerləri üzərindən həyata keçirilib. Cinayətkarlar zərərli keçidləri "Google Meet" üzərindən göndərilən görüş dəvətləri, eləcə də məlumat oğurlamaq və casus proqramları qurmaq üçün istifadə olunan saxta tətbiqlər kimi təqdim ediblər.
ŞABAK nümayəndəsi: “Bu hücumların qarşısını almaq olar, əgər insanlar ayıq və ehtiyatlı olsa, şübhəli keçidlərə klik etməsə”, - deyə bildirib. O, ictimaiyyəti diqqətli olmağa və bu kimi haker hücumlarından qorunmaq üçün rəqəmsal gigiyena qaydalarına əməl etməyə çağırıb.
Hadisələrdən birində iranlı agent İsrailin Nazirlər Kabinetinin katibi Yossi Fuks kimi təqdim olunaraq israilli bir vətəndaşı aldatmağa çalışıb. Lakin həmin şəxs vəziyyətdən şübhələnərək vaxtında hüquq-mühafizə orqanlarına məlumat verib.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 29 May 2025 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















