Şabalıda görə generalla çəkişirdi 10 il 6 ay həbs aldı
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ölkə.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
Bu iş üzrə ittiham olunan şəxs də zabitdir. FHN-də işləmiş kapitan Ayaz Bayramov general Zeynalovla yaxın olub. Sonradan Ayaz və generalı şabalıd ticarətinə başlayıblar. Bakıda şabalıd bazarında monopoliya qurmaq istəyən general bu iş üçün milyonlarla pul xərcləyib. O, bəzi vaxtlarda “Lexus”, “BMW” və “Chevrolet” markalı avtomobillərini də Ayazın adına keçirib ki, girov qoyub pul götürsün.
Ayaz əsasən R.Zeynalovun pulu ilə Qəbələ, Balakən və Zaqataladan Bakı bazarına şabalıd gətirib. Təxminən 2 ilə yaxın generalla kapitan bu alverdən yaxşı qazanc əldə ediblər.
Lakin bu şabalıd ticarəti sonradan necə deyərlər, şabalıd cinayətinə çevrilib. Alver alınmayandan sonra Raul Zeynalov bütün günahı Ayazda görüb, ondan prokurorluğa şikayət edib. İttihama görə, Ayaz generalın 1 milyon manatını dələduzluq yolu ilə ələ keçirib. Sonradan FHN-in başqa iki zabitinin də şabalıd alverinə qoşulduğu və aldadıldığı ortaya çıxıb.
Amma Bayramov özünü təqsirli bilməyib. O, istintaq təcridxanasından redaksiyamıza göndərdiyi məktubda və məhkəmədəki ifadəsində generalı yalan danışmaqda ittiham edib. Bayramovun sözlərinə görə, general bütün pulları ona faizlə verib və artığı ilə geri alıb. Kapitan, həmçinin məhz Zeynalovun sifarişi ilə həbs olunduğunu, digər zərərçəkmişlərə də onun yol göstərdiyini bildirib.
Fotoda: Hakim Zaur Hacıyev
Məhkəmədə zərərçəkmiş general özü də iki dəfə dindirilib. Tərəflərin üzləşməsi qarşılıqlı ittihamlarla keçib.
Bir il davam edən məhkəmə artıq yekunlaşıb. Hakim Zaur Hacıyevin sədrlik etdiyi məhkəmə kollegiyası belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə verilmiş ittihamlar kifayət qədər dəlil və sübutlar, həmçinin şahid ifadələri ilə təsdiqini tapıb. Zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilməyib, barışıq yoxdur.
Hökmə əsasən, Ayaz Bayramov xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilib.
Maraqlıdır ki, bu hökm işə baxan hakim üçün də əlamətdar olub. Zaur Hacıyev bununla Bakı Hərbi Məhkəməsindəki fəaliyyətini başa vurub. O, artıq Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 20 Oktyabr 2026 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















