Sabiq “Barsa”lı karyerasını başa vuracaq
Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.
“İnter Mayami”nin futbolçusu Jordi Alba peşəkar karyerasını başa vurmaq qərarına gəlib.
Apasport.az xəbər verir ki, ispaniyalı müdafiəçi bu barədə qərarını şəxsi sosial şəbəkə hesabında paylaşdığı video vasitəsilə açıqlayıb.
36 yaşlı futbolçu MLS mövsümü başa çatdıqdan sonra futbolla vidalaşacaq.
İspaniya millisinin sabiq üzvü olan Jordi Alba futbol karyerasına “Barselona” klubunun akademiyasında başlayıb. O, daha sonra “Valensiya” və “Ximnastik” komandalarının heyətində çıxış edib.
2023-cü ilin yayında “İnter Mayami”yə transfer olunan təcrübəli oyunçu, “Barselona” ilə 6 dəfə La Liqa çempionluğu, 1 dəfə isə UEFA Çempionlar Liqası kubokunu qazanıb. Alba həmçinin İspaniya millisinin heyətində Avropa çempionu tituluna da sahib olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 07 Oktyabr 2025 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















