Icma.az
close
up
RU
Sabiq deputatın şirkətinin özbaşınalığı: Gecə saat 12 də beşinci mərtəbəyə traktor qaldırdılar

Sabiq deputatın şirkətinin özbaşınalığı: Gecə saat 12 də beşinci mərtəbəyə traktor qaldırdılar

Icma.az, Pravda.az saytına istinadən bildirir.

Sabiq deputata məxsus tikinti şirkəti sakinlərin həyatını təhlükə altında qoyub. Şirkət gecə yarısı, insanlar evdə olan zaman heç bir təhlükəsizlik tədbirləri görməyərək söküntü aparmaq istəyib.

Şirkət işçiləri gecə saat 12-də söküntü işlərini həyata keçirmək üçün traktoru kran vasitəsi ilə 5 mərtəbəli binanın üzərinə qaldırıblar. Lakin bu zaman heç bir təhlükəsizlik qaydalarına əməl edilməyib. Ətrafda xeyli sayda maşın, piyadalar olub. Həmçinin sökülməsi nəzərdə tutulan binaya bitişik olan bir mərtəbəli evlərdə də sakinlər olub. Şirkət söküntüyə başlayanda beşinci mərtəbədəki tikilinin dağıntıları həmin evlərin üzərinə tökülüb. Şirkət söküntünün təhlükəli olduğunu gördüyü üçün işi dayandırıb. 

Qeyd edilən ərazidə olan bir mərtəbəli evlərdən biri də jurnalist Aytən Məmmədovanın anasına məxsusdur.

Aytən Məmmədova bir müddətdir qarşılaşdıqları problemlərlə bağlı bunları deyib:

“Əgər 70 yaşlı anama və bir ayağı olmayan, birinci qrup əlil qardaşıma nəsə olsa, buna görə keçmiş deputat tikinti maqnatı, un bazarında monopolist, “Karat Holding”in rəhbəri Əsabil Qasımovla yanaşı, dövlət orqanları da birbaşa məsuliyyət daşıyır. Onun qanunsuzluğuna, özbaşınalığına “dur” deyə bilmədiklərinə görə!

Anamın divarına bitişik beşmərtəbəli binanı söküb, tökür başlarına! Heç bir şişirtmə-filan yoxdur. Yanvarın 30-na keçən gecə saat 2-də texnikanı qaldırıb binanın başına qoyanda anam etiraz elədi, əhəmiyyət vermədilər. Qaldırıb texnikanı qoydular binanın başına. Düşündük ki, insandırlar, sağı-solu bitişik yaşayış evləri olan binanı sökməyin təhlükəli olduğunu qanarlar. Amma yox. Anamgil yatdığı zaman gurultu qopub. Yuxarıdan bunlar sökməyə başlayanda tökülüb damın üstünə. Həmin vaxt bir ayağı olmayan adamın durumunu təsəvvür edin…O gecə özləri də gördülər ki, təhlükəli işlə məşğuldular, dayandırdılar”.


Aytən Məmmədova qeyd edib ki, şirkət eyni əməllərinə yenidən başlayıb: “Yenə də texnika damın üstündədir, asta-asta öz işlərindədir. 70 yaşlı adam qorxu içində yaşayır ki, bina uçurulacaq başımıza…

Ən əsası, “Vialon” şirkətinə ərazidə söküntünün qadağan olunması barədə Fövqəladə Hallar Nazirliyinin qərarı var. O qərarın bunlar üçün qara qəpiklik dəyəri yoxdursa, bildiyimə görə, bu şirkətlə bağlı Nəsimi Rayon Polis İdarəsində istintaq gedirdi. Buna baxmayaraq, istədiyini edir. Deməli, möhkəm yerə bağlıdır. Fikirləşirlər ki, kiməsə nəsə olsa da, canı cəhənnəmə…

Adamlar nə istəyir? Anamın cəmi 50-55 kvadrat evi var. O, 70 illik ömrünün 50 ilini burada yaşayıb. Deyir ki, öz evimin ölçüsünə uyğun mənə ev ver, vəssalam. Anama lap bulvarda da ev versələr istəmir, bu adam məhz öz yaşadığı əraziyə öyrənib.

Qasımovlar cəmi bir küçə aşağıda “Malibu” adlı şirkət vasitəsilə tikdiyi evlərin kvadrat metrini 3500 manatdan satır, amma qonşumuzdan bir kvadrat metri 2100 manatdan alıb. Bu hansı insafa, vicdana sığar?

Anamın evinin yeri çox yaxşıdır, deyirlər ki, guya orada ev tikilməyəcək, məktəb olacaq. Belə eşitmişik ki, arxa tərəfdə tikəcəkləri binalara görə burada özəl məktəbi bunların üzərinə “şapka” qoyublar. Bu da sakinlərin problemi deyil. Kimsə gələcəkdə pullu məktəbdən yaxşı gəlir götürəcək deyə, indi adamları öldürməlisiz”.

Musavat.com

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://pravda.az
archiveBu xəbər 31 Yanvar 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see177

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see142

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see137

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see137

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see134

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see134

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see133

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see132

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see128

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see121

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see116

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri