Sabiq deputatın tikinti şirkətinin qanunsuz əməlləri
Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sabiq deputat Mahir Aslanova məxsus MTK-nın inşa etdiyi binanın damında söküntü işləri aparılır. Söhbət Bakı şəhəri, Mirzə Fətəli Axundov küçəsi 175-177 ünvanlarında yerləşən binadan gedir. Bina “Kəpəz” MTK tərəfindən inşa edilib.
Newscenter.az "Müsavat"a istinadən xəbər verir ki, bu vəziyytədən sakinlər narazıdır. Sakinlər bildirir ki, binanın damında söküntü işlərinin aparılmasında məqsəd mansard tikilməsinə hazırlıqdır.
“Binaların damları yaşayış üçün nəzərdə tutulmayıb. Lakin MTK rəhbərliyi yaşayış məqsədli mənzil düzəltmək üçün binaların damlarını tamamilə sökürlər. Gələcəkdə bu evləri alan vətəndaşlar çox böyük risk almış olacaqlar. Məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət ünvanlansa da tədbir görülmür”- deyə müraciətdə qeyd edilir.
Məsələ ilə bağlı MTK-dan münasibət öyrənmək mümkün olmadı.
Qeyd edək ki, sabiq deputatın biznesinə “Happy inn” otel, “Kəpəz Hospital” və “Kəpəz Group” da daxildir.
Bu mövzuda digər xəbərlər:Tikinti şirkətinin direktoru saxlanılıb
05 Fevral 2025 14:04
Özcan Denizin qanunsuz əməlləri ÜZƏ ÇIXDI
03 Mart 2025 13:14
Klaudio Tapianın qanunsuz əməlləri üzə çıxdı
28 Dekabr 2025 03:17
Sabiq məmurun şok əməlləri 6,5 milyonluq fırıldaq
14 Aprel 2025 12:43
Əməliyyat adı ilə qətliam Rusiyanın qanunsuz ƏMƏLLƏRİ
30 İyun 2025 15:10
Baxış sayı:153
Bu xəbər 01 Aprel 2025 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















