Icma.az
close
up
RU
Sabiq deputatla bağlı “Baba ocağının işığı” təqdim olundu FOTOLAR

Sabiq deputatla bağlı “Baba ocağının işığı” təqdim olundu FOTOLAR

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qərbi Azərbaycanın Qarakilsə rayonunun Urud kəndində doğulan maliyyəçi Rauf Hacıyevin babası sabiq deputat Əbdülmənaf Hacıyev haqqında yazdığı “Baba ocağının işığı” kitabının təqdimat mərasimi keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə akademiklər, millət vəkilləri, ədəbiyyat, ictimaiyyət nümayəndələri, Ə.Hacıyevin yaxınları və digər rəsmi şəxslər iştirak ediblər.

Təqdimat mərasimində çıxış edən millət vəkilləri Əziz Ələkbərli, Musa Urud, Fazil Mustafa, Hikmət Babaoğlu, Vüqar Rəhimzadə, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Tahir Quliyev və digər şəxslər kitabın əhəmiyyətindən söz açıblar.

Onlar Ə.Hacıyevin səmərəli iş fəaliyyətindən, gənclərin, yeni nəslin formalaşmasında oynadığı müstəsna roldan danışıblar. Çıxışçılar bildiriblər ki, R.Hacıyevin ərsəyə gətirdiyi bu memuar tarixi həqiqətləri özündə əks etdirməklə yanaşı, gələcək nəsillər üçün də stolüstü kitaba çevriləcək.

Müəllif Rauf Hacıyev kitabın ön sözündə yazıb ki, nəslindəki yaxşı adamları tanımaq, sevmək, onunla qürur duymaq, onun yolunu davam etdirmək insana şərəf və məsuliyyət gətirən hissdir:

“Zəngəzur mahalının tanınmış vətənpərvər, görkəmli elm xadimi, mehriban, qayğıkeş, xeyirxah, insanlara əl tutub yol göstərən, ziyalı-maarifçi, hamının hörmətini qazanan, nurani el ağsaqqalı Əbdülmənaf Hacıyev haqqında tarixi faktlara, xatirələrə söykənərək bu kiçik kitabı yazmaqda məqsəd onun keşməkeşli həyat yoluna baxıb, gənc nəslə vətəni torpağı sevərək heç vaxt unutmamağı, imkansızlara köməklik edib əl tutmağı, həmişə vətənpərvər olmağı örnək göstərməkdir.

Ziyalı maarifçi, əməkdar müəllim, böyük dünya görüşünə malik, müxtəlif vəzifələrdə işləyən, hamıya əl tutub, dayaq olub yol göstərən, nurani bir el ağsaqqalı olan insan haqqında tarixi, əlyazmaları və yadda qalan hadisələrdən ibarət bir balaca kitab yazmağa qərar verdim. Düşünürəm ki, bu kitab həm də gələcək nəvə-nəticə, kötücələr üçün babanın ömür yolunun xəritəsi, milli-etnoqrafik mənbə olacaq”.

Rauf Qasım oğlu Hacıyev 1951-ci ildə Qarakilsənin Urud kəndində anadan olub, 1972-ci ildə Bakı Maliyyə-kredit texnikumuna, 1975-ci ildə Azərbaycan Xalq Təsərrüfatı institutunun maliyyə-kredit fakültəsinə daxil olub.

O, müxtəlif illərdə bir sıra idarələrdə inspektor, baş mühasib, baş müfəttiş, mühasib-ekspert, nəzarətçi müfəttişi və digər rəhbər vəzifələrdə çalışıb.

1990-1995-ci illərdə Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi idarəsində rəis müavini, Kadr və kadr hazırlığı şöbəsinin rəisi, İşlər idarəsinin müdiri vəzifələrində çalışıb. 1995-2009-cu illərdə Bakı səhəri Nizami və Nərimanov rayonları üzrə maliyyə idarələrinin rəisi olub. 2010-2017-ci illərdə yenidən Maliyyə Nazirliyinin Aparatının Büdcə şöbəsinin Yerli büdcələrlə iş sektorunun müdiri vazifəsində işləyib.

Əbdülmənaf Qəhrəman oğlu Hacıyev 1896-ci ildə Qarakilsə rayonunun Urud kəndində anadan olub. 1932-ci ildə Moskva Hüquq Elmləri Akademiyasında hüquqşunas ixtisası üzrə təhsilini tamamlayıb. 1-2 çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatı seçilib. Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə Əməkdar müəllim fəxri adına layiq görülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 İyul 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see212

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see152

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see137

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see137

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri