Icma.az
close
up
RU
Sabiq futbolçudan Qalatasaray və Sneyder etirafı

Sabiq futbolçudan Qalatasaray və Sneyder etirafı

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Karyerasını 2023-cü ildə başa vuran Blerim Cemaili maraqlı açıqlamalar verib.

Karyerası ərzində 10 fərqli klubun şərəfini qorumuş sabiq isveçrəli futbolçunun yolu Türkiyədən də keçib. O, 2014/15-də ''Qalatasaray''da çempionluğu və ölkə kubokunu qazansa da, zədələr və adaptasiya ilə bağlı yaşadığı problem üzündən özünü göstərə bilmədi. ''Qalatasaray''dan başqa ''Sürix'', ''Bolton'', ''Torino'', ''Parma'', ''Napoli'', ''Cenoa'' və ''Bolonya''da da top qovan Cemaili ABŞ və Çində də oynamağa macal tapıb. O, karyerasına dair maraqlı etiraflar edərkən ''Qalatasaray''ı da unutmayıb:

''Bizim dövrümüzdə nə telefon var idi, nə də ''playstation''. Yalnız futbol var idi. Hər məşqi, hər oyunu böyük səbirsizliklə gözləyirdim. Ona görə də futbol mənim üçün tək hobbi yox, həm də həyatımın bir parçası idi. 2007-də ''Bolton''a yollanmaqla həyatımın ən böyük səhvini etdim. Çünki ''Yuventus'' və ''Milan''dan da təklif almışdım. Məni ''Bolton''a israrlı şəkildə dəvət edən məşqçi qovulduqdan sonra heç kim durumumla maraqlanmadı. Sizi əmin edirəm ki, ''Qalatasaray'' başqa bir liqada oynasaydı, dünyanın ən böyük klubları arasında göstərilərdi. Orda fanatların enerjisi sadəcə inanılmazdı. Türkiyədə ev oyunlarımızda yaşadığım atmosferi başqa heç yerdə yaşamadım və bundan sonra da nə vaxtsa, yaşayacağımı düşünmürəm. ''Napoli''də Marek Hamşik ilə birlikdə oynadım. Meydanı görmə qabiliyyəti və texnikası inanılmaz idi. Amma birlikdə oynadığım ən özəl futbolçu ''Qalatasaray''da Sneyder idi. Problem yaşadıqda topu Sneyderə verirdik və o, mütləq bir çıxış yolu tapırdı. Topla edə bilməyəcəyi bir şey yox idi. MLS-də elitanı heç kim tərk etmir. Bu da təzyiqi azaldır. Ümumiyyətlə, Avropada futbol ABŞ ilə müqayisədə daha coşqulu və rəqabətcildi. Etiraf edim ki, 2020-də sırf pul üzündən Çinə yollanmağa razılıq verdim. Ancaq indiki gənclərə bunu məsləhət görmürəm. Pul xətrinə zəif çempionatlara getməsinlər. Ümumiyyətlə, gənclərə yeni dil öyrənməyi kitablar oxumağı, özlərini inkişaf etdirməyi məsləhət görürəm. Tək futbolçu keyfiyyətlərinin yox, dünya görüşlərinin də inkişafına diqqət ayırsınlar''.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 Mart 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri