Sabiq icra başçısının oğlu tanışını güllələyib
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yevlaxda silahlı insident baş verib.
APA-nın məlumatına görə, hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində tanışı 46 yaşlı şəxsin ayaq nahiyyəsinə xəsarət yetirib. Z.Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
Zaur Səmədovun Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun oğlu olduğu bildirilir.
Xatırladaq ki, Yevlaxın sabiq icra başçısı Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2019-cu ildə həbs olunmuşdu. Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısı 2023-cü ilin iyul ayında səhhəti ilə bağlı cəzasının çəkilməmiş hissəsindən şərti azadlığa buraxılıb. Həmin il dekabr ayında vəfat edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 16 Yanvar 2026 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















