Icma.az
close
up
RU
Sabiq məmurla bağlı QƏRAR VERİLDİ KONKRET

Sabiq məmurla bağlı QƏRAR VERİLDİ KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Mirsadiq Əskərovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Qeyd: Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik rayonunda meşəbəylikləri üzrə baş mütəxəssis vəzifəsində işləmiş Lerik rayon sakini, 1978-ci il təvəllüdlü Əskərov Mirsadiq Rakif oğlu beynəlxalq axtarışda olduğu üçün 26.12.2022-ci ildə Rusiyanın Moskva şəhərində tutularaq Azərbaycana gətirilib.

Onun axtarışa verilməsinə səbəb Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Astara meşəbəylikləri üzrə baş mütəxəssis vəzifəsində işləyən Elşad Qarayevi (soyadı şərti) döyərək qabırğasını sındırması olub.

Belə ki, M.Əskərov 2021-ci ilin dekabr ayında işdən çıxarıldıqdan sonra “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Rəfayıl Tahirovla Lənkəran Regional Meşə İdarəsinin rəisi Şahin Cəfərov əl-ələ verib cənub meşələrini məhv edir” başlığı ilə sosial şəbəkələrdə şikayət formasında yazı yazıb, fotolarla paylaşıb. Həmin yazılar mediada da işıqlandırılıb.

Sözügedən şikayətdən sonra Lənkəran Regional Meşə İdarəsinin sabiq rəisi Şahin Cəfərovun göstərişi ilə 2022-ci ilin 2 yanvar tarixində Lerik meşbəyliyinin 5, 14 və 15 saylı dolaylarında yoxlama aparılıb. Yoxlamaya 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Astara meşəbəylikləri üzrə baş mütəxəssis vəzifəsində işləyən E.Qarayev və digər şəxslər göndərilib.

M.Əskərov Lerik meşbəyliyinin 5, 14 və 15 saylı dolaylarında aparacağı yoxlamaya etiraz olaraq idarə etdiyi “VAZ-2109” markalı avtomobillə qeyd olunan əraziyə gedib. O, Elşadın “Niva” markalı avtomobildə əyləşdiyini görüb. Daha sonra “Sən kimsən ki, Astaradan Lerikə yoxlamaya gəlmisən” sualını zərərçəkmişə verərək, onu yaxasından tutub avtomobildən düşürüb, təpiklə nazirlik əməkdaşını vurub. Nəticədə nazirlik əməkdaşı Lənkəran Rayon Xəstəxanasına yerləşdirilib, qabırğasının sındığı aşkarlanıb. O, cərrahiyyə əməliyyatı olunaraq dalağı çıxarılıb.

Hadisədən sonra M.Əskərov ölkəni tərk edərək, Moskvaya gedib və bir müddət sonra orada saxlanılaraq Azərbaycana gətirilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əskərov Cinayət Məcəlləsinin 126.2.2-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 6 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 Noyabr 2025 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri