Icma.az
close
up
RU
Sabiq müavini Əli Kərimlini ifşa etdi: Mehdiyevlə əlaqələri hiss olunurdu

Sabiq müavini Əli Kərimlini ifşa etdi: Mehdiyevlə əlaqələri hiss olunurdu

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib, barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

DTX-nın Baş İstintaq İdarəsində Mehdiyevə qarşı dövlətə xəyanət (CM-nin 274-cü maddəsi), hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama (278-ci maddə), cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması (193-1-ci maddə) ittihamları irəli sürülüb.

Ramiz Mehdiyevin AXCP sədri Əli Kərimli ilə əlaqələrinin olduğuna dair müxtəlif iddialar irəli sürülür. Qeyd olunur ki, Mehdiyev ölkədəki siyasi mühiti iflic halına salmaq üçün müxalifətdən istifadə edib. 

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da bir müddət əvvəl mətbuata müsahibəsində Ramiz Mehdiyevin Azərbaycana qarşı Əli Kərimli, eyni zamanda şər-böhtan yayan mühacir blogerlərlə əlbir olduğunu deyib. O iddia edib ki, faktiki olaraq Əli Kərimli 2003-cü ildən birbaşa Ramiz Mehdiyevin çətiri altına keçib. 

Vaxtilə AXCP sədrinin müavini olan, haIdsa Milli Cəbhə Partiyasına rəhbərlik edən deputat Razi Nurullayev Modern.az-a açıqlamasında bildirib ki, belə bir ehtimalı tamamilə istisna etmək olmaz:

"Azərbaycan siyasətində bəzi əlaqələr bəzən açıq şəkildə görünməsə də, arxa planda müxtəlif maraqların toqquşduğu və üst-üstə düşdüyü məqamlar olur. Ramiz Mehdiyev uzun illər sistemin içində olmuş, siyasi proseslərin yönəldilməsində mühüm rol oynamış bir fiqurdur. Əli Kərimli isə özünü müxalifət lideri kimi təqdim etsə də, zaman-zaman onun addımları, ritorikası və davranışları bu iddiaya uyğun gəlməyib.

Ona görə də, Mehdiyev–Kərimli münasibətlərinin müəyyən mərhələlərdə formalaşması və ya qarşılıqlı anlaşma elementləri daşıması mümkündür".

R.Nurullayev Əli Kərimli ilə bir komandada olduğu dövrdə açıq şəkildə belə bir əlaqə görmədiyini, amma çox zaman bəzi qərar və açıqlamaların kənardan yönləndirildiyinin hiss olunduğunu söyləyib:

"Siyasətdə bəzən görünməyən əlaqələr görünən hadisələrdən daha təsirli olur. Bu mənada, belə bir münasibətin olması mümkündür və Azərbaycan siyasi mühitində bu tip əlaqələr çox təəccüblü də görünmür".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Oktyabr 2025 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri