Icma.az
close
up
RU
Sabiq nazirdən Gültəkin Hacıbəyliyə SƏRT CAVAB

Sabiq nazirdən Gültəkin Hacıbəyliyə SƏRT CAVAB

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Şuranın üzvü Gültəkin Hacıbəyli növbəti dəfə Azərbaycan əleyhinə addım atıb. 

O, sosial şəbəkə hesabında ölkəmizə qarşı daha bir paylaşım edib: 

“Nəhayət ki, gözlədiyimiz ciddi sanksiyalar Güney Qafqaza da gəlib çatdı. Trampın hakimiyyətə gəlişi ilə avtoritarizmin nəfəs dərəcəyi xülyasına düşənlər yanıldılar. Avtoritarizmə, diktaturalara ən böyük zərbələr Trampın hakimiyyəti dönəmində vurulacaq. Suriyada 53 illik Əsədlər rejiminin çöküşünün ardınca Gürcüstan kimi ən yaxın, iç-içə olduğumuz qonşumuzun yenidən demokratiyaya qovuşması Azərbaycanda da demokratik prosesə güclü təkan verəcək. Ancaq bunun üçün Azərbaycan xalqı da gürcü xalqı kimi mübarizə aparmalı, haqqına sahib çıxmalı, səsini dünyaya duyurmalıdır”. 

Maraqlıdır, özlərini müxalifət adlandıran qüvvələr nə üçün Azərbaycana qarşı sanksiya tətbiq olunmasını istəyir və hətta buna sevinirlər? 

Sabiq maliyyə naziri Fikrət Yusifov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, bu qrup Qarabağın işğaldan azad olunmasına da sevinmirdilər:

“Hətta torpaqlarımızın işğaldan uğurla azad olunduğu bir dönəmdə belə hakimiyyətin hərbi uğurlarına kölgə salmağa çalışırdılar. Hakimiyyət isə bu çax-çaxların baş aparmasına məhəl qoymadan başlatdığı uğurlu hərbi əməliyyatları başa çatdırdı. Nəticədə, Azərbaycanın 200 illik tarixində ilk dəfə olaraq işğal altında qalmış torpqaqlarımızı azad etdik. Bu uğura gerçəkdən sevinə bilməyənlərin Azərbaycana qarşı hər hansı bir sanksiyaların tətbiqinə sevinmələri təbii hadisədir. Çünki onlar Azərbaycanı sevmirlər! Bunların yalnız hakimiyyət sevdası var! Nə yolla olursa-olsun, hakimiyyətə gəlmək istəyirlər”. 

Siyasətçi vurğulayıb ki, həmin qüvvələrin hakimiyyətə gəmək istəyinin kökündə demokratik dəyərləri “qorumaq” deyil, özlərinə “gün ağlamaq” dayanır: 

“Hədəf nə dövlət, nə də xalqdır. Hədəf hakimiyyətin verə biləcəyi imkanlara sahiblənməkdir. Bunlar 90-cı illərin əvvələrində hakimiyyət kürsüsündə oturub rüşvəti tərəzi ilə çəkirdilər. İndi düzlükdən, demokratiyadan, insan və söz azadlığından dəm vururlar! Xalq hər şeyi yaxşı görür. Naşıların hakimiyyəti dövründə baş vermiş olaylar xalqın yadından çıxmayıb. Xalq o tarixi bir də yaşamaq istəmir”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Dekabr 2024 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see171

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see161

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see154

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri