Sabiq nazirə artıq pensiya ödənilibmiş İndi geri alınır
Icma.az bildirir, Turkstan.az portalına istinadən.
Azərbaycanın sabiq sənaye-energetika naziri, “AzərKimya” Dövlət Şirkətinin prezidenti və Milli Məclisin III çağırış deputatı olmuş akademik Məcid Kərimov Dövlət Sosial Müdafiə Fondunu (DSMF) məhkəməyə verib.
Turkustan.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 67 yaşlı akademik pensiyasının azaldılmasından narazıdır.
DSMF tərəfindən aparılan araşdırma zamanı müəyyən edilib ki, Məcid Kərimova deputat fəaliyyəti ilə bağlı 4226 manat pensiya ödənilib. Təkrar hesablamadan sonra isə məlum olub ki, onun deputatlıq fəaliyyəti 5 illik tam səlahiyyət müddətini əhatə etmir. Belə ki, M.Kərimov növbədənkənar seçkilərdə seçildiyindən 4 il 5 ay 16 gün deputat olub.
Buna baxmayaraq, əvvəlki hesablamada səhvə yol verilərək iddiaçıya aylıq 5858 manat köçürülməli olduğu halda, 6631 manat pensiya ödənilib. İndi isə həmin səhv aradan qaldırılaraq artıq ödənilmiş ümumi 4226 manatın iddiaçının pensiyasından tutulmasına qərar verilib.
Eks-nazirin vəkili isə dövlət qurumunun qərarını əsassız sayıb. İddiaçı tərəf hesab edir ki, qanunvericilikdə deputat fəaliyyətinin tam və ya natamam anlayışı mövcud deyil və şəxsin növbədənkənar seçkilərlə deputat seçilməsi onun fəaliyyətinin natamam hesab edilməsi üçün əsas ola bilməz.
Məhkəmə tərəfləri dinlədikdən sonra qərarını açıqlayıb. Pensiyanın yenidən hesablanması və artıq ödənilmiş 4226 manatın büdcəyə geri qaytarılması qanuni hesab edilib.
Qeyd edək ki, Azərbaycanda 2005-ci ildə keçirilən parlament seçkilərinin bəzi nəticələri ləğv edilib, 2006-cı ildə seçki nəticələri ləğv olunmuş seçki dairələrində təkrar parlament seçkiləri keçirilib.
Baxış sayı:59
Bu xəbər 30 Yanvar 2026 21:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















