Icma.az
close
up
RU
Sabiq nazirə qarşı yeni ittihamlar irəli sürüldü

Sabiq nazirə qarşı yeni ittihamlar irəli sürüldü

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa Prokurorluğu (EPPO) İstintaqın Xorvatiyanın keçmiş naziri Qabriela Jalatsın restoranlardakı xərclərini Aİ vəsaitləri hesabına ödədiyini müəyyən etməsindən sonra vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə ona qarşı yeni ittihamlar irəli sürüb.

"Ölkə.az" "Report"a istinadla xəbər verir ki, Xorvatiya hökumətində regional inkişaf və Avropa fondlarına cavabdeh olmuş və ayrıca iş üzrə korrupsiyaya görə 2 il müddətinə azadlıqdan məhrum edilmiş sabiq nazir iş materiallarına əsasən, 2017-ci ilin mayından 2019-cu ilin iyuluna qədər azı doqquz dəfə restoranlarda şəxsi xərclərinin dövlət vəsaiti hesabına ödənilməsini əmr edib.

İstintaq müəyyən edib ki, bu xərclər rəsmi fəaliyyətlə bağlı deyil, özəl xarakter daşıyıb və Aİ fondlarından maliyyələşməyə uyğun olmayıb. EPPO qeyd edir ki, bu xərclər qismən “Rəqabət Qabiliyyəti və Birlik” proqramının Aİ Fondlarının Strateji Planlaşdırma və Koordinasiya şöbsinin satınalma xərclərinə daxil edilib.

Aİ (85%) və Xorvatiyanın (15%) maliyyə maraqlarına dəymiş ziyan 9 min 732 avro təşkil edib və təqsirləndirilən şəxs istintaq zamanı onu ödəyib.

Xatırladaq ki, Jalats bu ilin iyununda rəhbərlik etdiyi Regional İnkişaf və Avropa Fondları Nazirliyi (MRRFEU) üçün proqram təminatına həddindən artıq ödəniş etməkdə günahını etiraf edərək 2 il müddətinə azadlıqdan məhrum edilib.

Yüngül cəza tərəflər arasında razılaşma nəticəsində əldə edilib. Belə ki, Jalats təqsirini etiraf edib və dəymiş ziyana görə qismən kompensasiya kimi 200 min avro ödəyib. Amma bu da kreditorun digər itkilərə görə kompensasiya tələb etmək hüququnu istisna etməyib.

EPPO-dan bildirilib ki, iş üzrə digər təqsirləndirilən şəxslərə - bir məmura və iki sahibkara qarşı 1,73 milyon avroya alınmış “proqram təminatı işi” üzrə cinayət işi davam edir.

Aİ büdcəsinə azı 1 milyon avro, Xorvatiyanın dövlət büdcəsinə isə 300 min avroya yaxın ziyan dəydiyi təxmin edilir. Jalats və bir sıra digər məmurlar siyasi nüfuzundan qanunsuz istifadədə, həmçinin qohumlarının işə götürülməsində vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunublar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 İyul 2025 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see187

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see185

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see176

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see145

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see143

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see143

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see142

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see138

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see135

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see134

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see130

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see130

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see129

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see128

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see127

Ayda həyatın mövcudluğunu 100 faiz inkar etmək mümkün deyil...

30 Noyabr 2025 00:35see126

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see126

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see123

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see122

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri