Sabiq nazirimizin qohumunu 13cü mərtəbədən atdılar
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyanın paytaxtı Moskva şəhərində əslən azərbaycanlı olan gənc qətlə yetirilib.
Paytaxt ərazisində yerləşən çoxmərtəbəli binada mənzillərdən birinə basqın olub.
Mənzilə basqın edən naməlum şəxslər evdə tək olan 20 yaşlı azərbaycanlını binanın 13-cü mərtəbəsindən yerə atıblar.
Gənc azərbaycanlı hadisə yerindəcə keçinib.
Globalinfo.az xəbər verir ki, Teleqraf.com-un əldə etdiyi məlumata görə, qətlə yetirilən şəxs “Azpetrol”un sabiq prezidenti Rafiq Əliyevin qaynı Müxalif Hüseynovun oğludur.
Mərhumun meyiti bir neçə gün əvvəl Azərbaycana gətirilib və Cəlilabad rayonunda torpağa tapşırılıb.
Qeyd edək ki, M.Hüseynov uzun illər Rusiyada hüquq-mühafizə orqanlarında çalışıb və hazırda təqaüddədir.
Rafiq Əliyev sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşıdır.
Baxış sayı:115
Bu xəbər 06 Yanvar 2025 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















