Icma.az
close
up
RU
Sabiq nazirin oğlu “Bakı halqası”nda ilişə bilər

Sabiq nazirin oğlu “Bakı halqası”nda ilişə bilər

Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azad Rəhimovun oğlunun adı 400 min manatlıq yeyinti işində – pullara o nəzarət etməli imiş… 

“Formula-1″ yarışlarının təşkili zamanı 400 min manata yaxın yeyintidə təqsirləndirilən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BCCOC) keçmiş şöbə müdiri Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi ictimaiyyətin diqqət mərkəzindədir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən son prosesdə iki şahidin məcburi gətirilməsi barədə qərar qəbul edilib. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təchizat şöbəsinin müdiri Zaur Məlikaslanovdur, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin şöbə müdirinin müavini  Urfan Tağızadədir.

Çingiz Mehdiyevin vəkili Araz Hüseynli bildirib ki, Zaur Məlikaslanovun məhkəmədə dindirilməsi vacibdir. Vəkil deyib ki, həmin şəxsin ifadəsi ittihamın mahiyyəti üçün əsasdır. Hakimlər qərarın icrası üçün tədbir görəcəklərini deyiblər.

Daha sonra Çingiz Mehdiyevin vəkili mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru olmuş Arif Rəhimovun əlavə şahid qismində məhkəməyə çağırılmasını istəyib. Vəkil qeyd edib ki, Arif Rəhimov dövlətin ayırmış olduğu pulun xərclənməsinə nəzarət etməli idi, amma bu işini görməyib. Vəkil deyib ki, Arif Rəhimov bu işdə məsuliyyətli şəxs olub, amma işə nəzarət etməyib.

Dövlət ittihamçısı Orxan Səmədov deyib ki, Arif Rəhimovun işinə istintaq orqanı baxıb qiymət verməlidir. Onun sözlərinə görə, hazırda məhkəmədə Çingiz Mehdiyevlə bağlı işə baxılır: “Buna görə də Arif Rəhimovun dindirilməsinə əsas görmürəm. Amma bizim üçün fərqi yoxdur, məhkəmə çağırsa, gəlsin ifadə versin”.

Yerində müşavirə keçirən hakimlər heyəti vəsatətin baxılmamış saxlanılması barədə qərar qəbul edib. Daha sonra sənədlərin tədqiqi mərhələsi başlanılıb. Hakimin səsləndirdiyi sənədlərdən məlum olur ki, istintaq orqanı tərəfindən Arif Rəhimov və Fərid Allahverdiyevin barəsində olan cinayət işinin başlanması rədd olunub.

Məlum olub ki, həm Arif Rəhimov, həm də Fərid Allahverdiyevin barəsində verilən ittihamlar istintaq dövründə sübuta yetirilməyib.

Sənədlərin tədqiqi mərhələsində Çingiz Mehdiyev prosesə sədrlik edən hakim tərəfindən sorğu-sual edilib.

Vəkil Araz Hüseynli əvvəl verdikləri bir vəsatətin də baxılmasını məhkəmənin nəzərinə çatdırdı. Belə ki, 2015-2020-ci illərdə  Hesablama Palatası Bakı Şəhəri Halqası şirkətində audit hesabat keçirib. Vəkil həmin hesabatın onlara  təqdim olunmasını istədi. Hakim Leyla Əsgərova-Məmmədova vəkilin verdiyi vəsatətin növbəti proseslərdə baxılacağını bildirdi.

Növbəti proses dekabrın 16-da davam edəcək.

İttihama görə, Çingiz Mehdiyev Gənclər və İdman Nazirliyi vasitəsi ilə Bakı şəhər Halqası Əməliyyat Şirkətinə ayrılmış 397.852,82 manat vəsaiti mənimsəyib. Bundan başqa, Çingiz Mehdiyev ona etibar edilmiş vəsaiti hissə-hissə olmaqla 2020-ci ilin fevral-noyabr aylarında qardaşı Zaur Mehdiyevin ABŞ-ın “Bank of Amerika” bankındakı hesabına 1.436.735,18 manatı köçürməklə leqallaşdırıb.

Qeyd edək ki, 2016-2018-ci illərdə “Formula-1″ yarışlarının təşkilində 397 min manatdan artıq vəsaitin yeyintisindən bəhs olunur.

Yarışların təşkilində müxtəlif avadanlıqların, geyimlərin qiymətləri artıq göstərilib və nəticədə lazım olduğundan daha çox vəsait ayrılıb. Çingiz Mehdiyev bu üsulla vəsaitləri ələ keçirməkdə təqsirləndirilir. Ona həm də cinayət yoluyla əldə olunmuş vəsaitlərin mənimsənilməsi ittihamı verilib.

Keçmiş şöbə müdiri həmin vəsaitləri Seyşel adalarında anası Leyla Əliyevanın adına açdığı şirkətin və ailə sürücüsü Mais Abdullayevin hesablarına köçürüb.

İttihama görə, yarışların təşkili üçün avadanlıqların alınması, xidmətlərin göstərilməsi adı ilə anasının şirkəti, sürücüsü ilə müqavilələr bağlanıb. Cinayət baş verən vaxtda Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov olub.

“Yeni Müsavat”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 20 Noyabr 2024 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri