Icma.az
close
up
RU
Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olundu

Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olundu

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin məhkəmə prosesinin növbəti iclası keçirilib.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Araz Hüseynli vəsatət qaldırdıqları şahidlər - Bakı Şəhər Halqası Şirkətinin Təchizat Şöbəsinin müdiri Zaur Məlikaslanov və Çingiz Mehdiyevin müavini olan Urfan Tağızadənin dindirilməsini istəyib.

Vəkil əlavə edib ki, Bakı Şəhər Əməliyyat Halqasının sabiq rəhbəri, keçmiş gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun da şahid qismində dindirilsin.

Dövlət ittihamçısı Orxan Səmədov əgər zərurət varsa, Arif Rəhimovun şahid qismində dindirilməsinə etiraz etməyib.

Məhkəmə müşavirəsi əsasında vəsatətlərin baxılmamış saxlanılmasına qərar verilib.

Hakim şahid qismində dəvət olunan Urfan Tağızadənin xaricdə olduğunu bildirərək gətirilməsinin mümkün olmadığını bildirib. Digər şahidin isə ifadəsinin elan olunmasını təklif edib.

Vəkil Araz Hüseynli isə Zaur Məlikaslanovun məcburi gətirilməsini istəyib. Vəkilin vəsatəti bu hissədə qəbul edilib.

Daha sonra sənədlərin tədqiqi prosesinə başlanılıb. Məlum olub ki, Arif Rəhimov və Fərid Allahverdiyev barəsində cinayət işinin başlanılmasına dair qərar ibtidai istintaq dövründə rədd edilib.

Digər sənəddə təqsirləndirilən şəxsin anasının adına olan "Dayton" şirkətinə alınan mallara görə xüsusi külli miqdarda vəsaitin köçürüldüyünü bildirilib. Təqsirləndirilən şəxs adı keçən şirkətin hadisədən öncə yaradıldığını və 2,5 milyon manat dövriyyəsi olduğunu qeyd edib.

Daha sonra məhkəmə, "Formula-1"ə xidmət göstərməsi üçün kran və digər maşınları gətirən şirkətlərin VÖEN hesabları olmamısının və onlara ayrılan vəsatətin Çingiz Mehdiyevin sürücüsü Mais Abdullayevin hesabına köçürülməsinin səbəbini izah etməsini istəyib.

Sədr əlavə edib ki, ibtidai istintaq materiallarına əsasən həmin pullar Çingiz Mehdiyevin evinə aparılıb.

Vəkil prosesin tezləşdirilməsi üçün vəsaitin hüquqi şəxsin hesabına köçürüldüyünü söyləyib. Müxtəlif şirkətlərlə müqavilə bağlanılmasının və vəsatət köçürülməsinin zaman aparacağını bildirib.

O əlavə edib ki, "Formula-1" yarışına hər il 150 milyon manat pul ayrılır. Çingiz Mehdiyevin şöbəsinə ayrılan vəsait isə bunun 0,6 faizini təşkil edir.

Bildirilib ki, həmin dövrdə Çingiz Mehdiyev məbləğin bir qismini Estoniyadakı hesablarına köçürüb. Bank köçürülmüş məbləği şübhəli hesab edib köçürülməyi dayandırdıqdan sonra, o, qalan pulu Kiprdəki hesabına köçürüb.

Vəkil Araz Hüseynli əvvəl verdikləri bir vəsatətin də baxılmasını məhkəmənin nəzərinə çatdırdı. Belə ki, 2015-2020-ci illərdə Hesablama Palatası Bakı Şəhəri Halqası şirkətində audit hesabat keçirib. Vəkil həmin hesabatın onlara təqdim olunmasını istəyib. Hakim Leyla Əsgərova-Məmmədova vəkilin verdiyi vəsatətin növbəti proseslərdə baxılacağını bildirib.

Məhkəmə prosesi dekabrın 16-da davam etdiriləcək.

Qeyd edək ki, ittihama görə, Çingiz Mehdiyev Formula-1 yarışları ərəfəsində marşallar üçün geyim, ləvazimat, yağçəkən parçalar və digər əşyaları sifariş verərkən malların qiymətini süni şəkildə artırıb. Həmçinin dövlət büdcəsindən ayrılmış pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb. Qiymət şişirtməsi nəticəsində əldə edilmiş pullar isə qəsdən mənimsəyib.

Çingiz Mehdiyevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 12.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü ( vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Həmçinin 1 milyon manata yaxın qiymətləndirilən əmlakları üzərinə həbs qoyulub.

Xatırladaq ki, istintaq dövründə Ç.Mehdiyev mənimsədiyi məbləğin 100 min manatını dövlət büdcəsinə geri ödəyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 Noyabr 2024 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri