Sabiq rektor laboratoriyada işçi kimi çalışırmış DETALLAR
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Adı Fəthullahçı terror təşkilatının (FETÖ) siyahısında yer alan Qafqaz Universitetinin (hazırkı Bakı Mühəndislik Universiteti - red.) sabiq rektoru Ahmet Saniçin hazırda Böyük Britaniyada yaşadığı və tibb sahəsində fəaliyyət göstərdiyi məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, Ahmet Saniç 2020-ci ildən etibarən İngiltərənin Salford şəhərində yerləşən xəstəxanalardan birində tibbi laboratoriya əməkdaşı kimi çalışır.
O, universitetin saytında yayımlanan müsahibəsində yeni ölkəyə köçdükdən sonra ingilis dili bacarıqlarını inkişaf etdirmək üçün xüsusi təlimlərə qatıldığını və hazırda səhiyyə sahəsində fəaliyyətini davam etdirdiyini bildirib.
Xatırladaq ki, Ahmet Saniç uzun illər Azərbaycanda fəaliyyət göstərmiş Qafqaz Universitetinin rektoru olub. 2016-cı ildə universitetin fəaliyyətində baş verən dəyişikliklərdən sonra o bu vəzifədən ayrılıb.
Qeyd edək ki, Qafqaz Universiteti Azərbaycanda uzun illər fəaliyyət göstərən və sonradan dövlət qurumları tərəfindən FETÖ ilə əlaqəli təhsil şəbəkəsinin tərkib hissəsi kimi qiymətləndirilən təhsil müəssisələrindən biri olub.
Bu səbəbdən 2016-cı ildə universitetin idarəçiliyi dəyişdirilərək dövlət nəzarətinə verilib.
Murad İsmayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 07 Avqust 2026 09:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















