SABİQ REKTORUN CİNAYƏT İŞİ TAMAMLANDI İş məhkəməyə çıxarılır
Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Beynəlxalq Universitetinin (ləğv edilib-red) xaricdə yaşayan rektoru Elşad Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Baş Prokurorluğun İstintaq İdarəsində aparılan ibtidai istintaqın yekununda E.Abdullayevə Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) 311.3.1, 311.3.2, 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) və 29, 312.2-ci (rüşvət verməyə cəhd etmə) maddələri ilə ittiham verilib.
Qiyabi icraat qaydasındakı cinayət işini Fəxri Məmmədovun sədrlik etdiyi hakimlər araşdıracaq. Yaxın günlərdə ilk iclas keçiriləcək.
Sabiq rektora ibtidai istintaqda şəxsən iştirak etmək, özünün seçimi əsasında müdafiəçi vasitəsilə təmsil olunmaq və digər prosessual hüquqlarından istifadə etmək təklif edilsə də o, ölkə hüdudlarından kənarda olduğundan bu hüquqlarından istifadə etməyib.
Dövlət tərəfindən təyin edilən vəkilin iştirakı ilə E.Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, daha sonra iş üzrə ibtidai araşdırma tamamlanıb.
Qeyd edək ki, E.Abdullayevdən əlavə xaricdə olan bir neçə bloqer haqda da ibtidai istintaq aparılıb. Sonuncu dəfə Qabil Məmmədova qiyabi 16 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Baxış sayı:43
Bu xəbər 11 Avqust 2025 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















