Icma.az
close
up
RU
Sabiq sədr: İstəyirəm biləm ki, məni buraxacaqsınız, ya yox?!

Sabiq sədr: İstəyirəm biləm ki, məni buraxacaqsınız, ya yox?!

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və "GİRASOL" MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə növbəti proses keçirilib.

Bakıvaxtı.az Oxu.Az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İlqar Mustafayev açıq ürək əməliyyatına getməli olduğunu bildirib:

"Mənim ürəyimə stent qoyulmuşdu. Həkimlər bildirdilər ki, artıq açıq ürək əməliyyatı olmalıyam. Mənim sabaha ümidim yoxdur. Sizdən xahiş edirəm ki, prosesi tez yekunlaşdıraq. Hazırda müalicə müəssisəsindəyəm və orada heç baxmırlar ki, diriyəm, ya ölüyəm. Bir səhvdir başıma gəlib. Sadəcə istəyirəm biləm ki, məni buraxacaqsınız, ya yox?! Buraxılacağamsa, gedim müalicəmi alım. Çünki mən özümdən arxayınam".

Prosesin davamında Dənizkənarı Bulvar İdarəsinin Auditlərə nəzarət Şöbəsinin nümayəndəsi ifadə verib. O, bildirib ki, qurumun İlqar Mustafayevdən şikayəti yoxdur.

Nümayəndə vəkilin suallarına cavab olaraq bildirib ki, 2023-2024-cü illərdə alınanlarla bağlı hesabat sənədləri hazırda onda olmadığı üçün cavab verə bilməyəcək. Vəkil həmin illərdə alınan texnikanı, xidmət göstərən obyektlərin sayını, nağd vəsaitlərin toplanması qaydasını, bu işə hansı işçilərin cəlb olunmasını və digər məsələlərlə bağlı sənədləri gələn prosesdə gətirməyini xahiş edib.

İlqar Mustafayev nümayəndədən ittiham aktında 100 nəfər toplanmadan gəminin hərəkət etməsi faktını soruşub. Belə ki, həmin gəmidə 100 nəfərin toplanması üçün 4-5 saat lazım olub.

Vəkil İsmayıl Kəngərli 2023-cü il xərclərin 7 milyon 800 min manat olduğunu, ötən il isə 14 milyona qalxdığını bildirib. O, nümayəndədən işçi sayının, yoxsa maaşların artdığını soruşub.

Nümayəndə sənədləri aldıqdan sonra cavablandıracağını bildirib.

Daha sonra Dövlət Vergi Xidmətinin nümayəndəsi şahid qismində ifadə verib. O bildirib ki, ötən il Dənizkənarı Bulvar İdarəsində vergi yoxlaması keçirilib. Yoxlama zamanı müəyyən olunub ki, idarənin ərazisində yerləşən icarəyə verilmiş iaşə obyektlərində icarə haqqı müəyyən edilməyib. Ekspert rəylərinə əsasən, "Mirvari" gəmisində 44 475 nəfər sərnişin daşınmasına baxmayaraq, bununla bağlı sənədləşmə aparılmayıb və vergidən yayınma halı baş verib.

O, sualları cavablandırarkən bildirib ki, pandemiya ilə əlaqədar qapanmalar zamanı bulvarda vergi yoxlamalarında mənfəət vergisinin hesablanması və ya daha az olması ilə bağlı faktlara yoxlamanı aparan şəxs cavab verə bilər.

Vəkil əlavə edib ki, ekspert rəyində "Azərlotereya" köşkü üçün 3 min manat, "Batut" attraksionu üçün 20 min manat, iki kvadratmetrlik köşk üçün isə 14 min 500 manat icarə haqqı qeyd olunub. Bununla bağlı verginin necə hesablandığını və İlqar Mustafayevdən hansı əsasla tutulduğunu soruşub.

İlqar Mustafayev də bildirib ki, onun həmin köşkləri icarəyə vermək kimi hüququ olmayıb.

Vaxt məhdudiyyəti ilə əlaqədar proses dekabrın 22-nə təxirə salınıb.

Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

İttihama görə, İlqar Mustafayev sözügedən idarədə işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, "GİRASOL" MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə birgə rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilən 12 milyon manatdan artıq pulları mənimsəyiblər.

Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmaqda təqsirli bilinib.

İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.

İlqar Mustafayev barəsində həbs, digərləri ilə bağlı isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müəyyən edilən ziyanın ödənilməsini təmin etmək məqsədilə dəyəri 11 milyon manatdan artıq əmlak üzərinə həbs qoyulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Dekabr 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see278

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see277

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see260

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see236

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see223

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see193

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see187

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri