Icma.az
close
up
RU
Sabiq səfirin adının hallandığı məhkəmə işi: həbs olunan var

Sabiq səfirin adının hallandığı məhkəmə işi: həbs olunan var

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.

Ramiz Mehdiyevi özünə “ağsaqqal” elan etmiş sabiq səfir Elmira Axundovanın yaxın adamı, xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinən Elnur İbrahimov yenidən həbs olunub.

Reyting.az Musavat.com xəbər verir ki, həbs qərarı bu gün, yanvarın 16-da Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə qəbul edilib. Məhkəmə hökmünü icra etmədiyinə, mülki iddia üzrə ödənişdən qəsdən yayındığına görə Elnur İbrahimov məhkəmə zalında qandallanıb. O, cəmiyyətdə “8 milyonluq dələduzluq işi” kimi tanınan, sabiq səfir Elmira Axundovanın adının hallandığı qalmaqallı cinayət işində fiqurantlardan biridir. Cinayət işi materiallarında Elmira Axundovanın səs yazıları, həmçinin Elnur İbrahimovun onun evinə günaşırı 5 min manat göndərməsini təsdiqləyən, indiyədək hüquqi qiymət verilməmiş sübutlar mövcuddur. Bugünkü məhkəmə prosesində hakim Elnur İbrahimovdan xüsusilə külli miqdarda vurduğu zərəri niyə ödəmədiyini soruşub. İbrahimov bunu “imkansızlığı” ilə əsaslandırmağa çalışıb. Hakim isə iş materiallarında onun Elmira Axundovanın oğlu Həbib Axundova 55 min manat ödədiyini təsdiqləyən sənədin olduğunu xatırladıb. Bu sənəd borclu Elnur İbrahimovun real ödəmə qabiliyyətinə malik olduğunu açıq şəkildə göstərir. Elnur İbrahimov həmin sənədin “formal və şablon xarakterli” olduğunu iddia edərək bildirib ki, guya nə o, Həbib Axundova 55 min manat verib, nə də Həbib Axundov bu pulu ondan qəbul edib. Beləliklə, vaxtilə Bakı Apellyasiya Məhkəməsinə Həbib Axundov tərəfindən təqdim edilən və onun cəzasının yüngülləşdirilməsinə səbəb olan “ödəmə ərizəsinin” faktiki olaraq yalan üzərində qurulduğu üzə çıxıb.

Hakim icra məmurunun mövqeyinə də ciddi iradlar bildirib. Azərbaycan Respublikası adından çıxarılmış hökmün icra edilməməsinin icra məmurunun qeyri-adekvat və qərəzli mövqeyi ilə bağlı olduğunu xüsusi vurğulayıb.

Qeyd edək ki, Elnur İbrahimov 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dələduzluqda təqsirli bilinib. Məhkəmə həmçinin mülki iddiaçı Fərman Məmmədova Elnur İbrahimovun 513 min manat zərər ödəməli olduğunu da hökmdə qeyd edib. Həmin hökmə əsasən, bu ödəniş 5 gün ərzində həyata keçirilməli idi. Reallıq isə tam fərqlidir: hökmün çıxarılmasından təxminən 10 il keçməsinə baxmayaraq, Elnur İbrahimov bu günədək icradan qərəzli şəkildə yayınıb.

Əvəzində, Elnur İbrahimov mülki iddiaçı olmayan Həbib Axundova 55 min manat ödəyib. Bu fakt onun real ödəmə qabiliyyətini, eyni zamanda Fərman Məmmədova aid hökm hissəsinin qərəzli şəkildə icrasından yayındığını açıq şəkildə sübut edir. Bu arqumentlər Fərman Məmmədov tərəfindən Nəsimi Rayon Məhkəməsinə təqdim edilən rəsmi şikayət ərizəsində əksini tapmışdı. Mülki iddiaçı borclu Elnur İbrahimovun bu hərəkətlərinə görə cəzalandırılmasını xahiş etmişdi. Lakin Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynov təqdim edilən sənədləri araşdırmayıb, onları elektron məhkəmə sisteminə yükləməyib. Daha da pisi, Həbib Axundova edilən 55 min manatlıq ödəniş ümumiyyətlə nəzərə alınmayıb. Qanuna görə, tərəflərin məhkəməyə təqdim etdiyi bütün sənədləri icraat materiallarına əlavə etməli, elektron sistemə yükləməlidir. Elnur İbrahimovun işində isə sənədlər seçmə üsulu ilə formalaşdırılıb. Mülki iddiaçı Fərman Məmmədovun təqdim etdiyi sübutlar Nəsimi Rayon Məhkəməsində faktiki olaraq “yoxa çıxıb”. Bu artıq texniki səhlənkarlıq deyil, şüurlu şəkildə icra materiallarının natamam təqdim olunmasıdır. Bakı Apellyasiya Məhkəməsinin hakimi Aqil Musayev məhkəməyə təqdim olunan sənədləri diqqətlə araşdırıb və Elnur İbrahimovun həbsinə qərar verib.

Bu qalmaqallı işin kökü 2013-cü ilə gedib çıxır. Elmira Axundova deputat olduğu dövrdə oğlu Həbib Axundovu yaxın çevrəsində iş adamı kimi təqdim edib. Dubaydan gətiriləcək dəftərxana ləvazimatları adı altında böyük gəlir vəd olunub. Bu yolla Axundovanın ailə dostlarından ümumilikdə 8 milyon manat yığılıb. Lakin realda bu “biznes” kağız üzərində qurulmuş sxemdən başqa bir şey olmayıb. Dələduzluq sxemi ifşa edildikdən sonra zərərçəkənlər hüquq-mühafizə orqanlarına müraciət edərək Həbib Axundovun adını çəkiblər. Elmira Axundova prosesə müdaxilə edərək zərərçəkənləri “pullar qaytarılacaq” vədləri ilə sakitləşdirməyə çalışıb. Sonrakı mərhələdə isə “günah keçisi” kimi Elnur İbrahimov ön plana çıxarılıb. 2013-cü ilin avqustunda Həbib Axundov Elnur İbrahimovu Qəbələdə yerləşən “Qafqaz Resort” hotelində Elmira Axundova ilə görüşdürüb. Bir neçə gün sonra Elnur İbrahimov arvadı Nərgiz İbrahimova ilə birgə gizli şəkildə Gürcüstan sərhədini keçərək ölkəni tərk ediblər və Rusiyada zərərçəkənlərin pulları hesabına yaşayıblar. İnterpol xətti ilə axtarışda olan Elnur İbrahimov yalnız 2016-cı ildə Moskvada saxlanılaraq Azərbaycana gətirilib. İş üzrə məhkəmə baxışı zamanı Prezident Administrasiyasından hakim Rahib Salmanova Elmira Axundovanın Ramiz Mehdiyevə ünvanladığı, “ağsaqqalım, yalnız sizin oxumağınız üçündür” qeydi ilə göndərilmiş donos-məktubu təqdim olunub.

Məktub Prezident Administrasiyasında 15244 nömrə ilə qeydiyyata alınıb və Ramiz Mehdiyev tərəfindən hakimə yönləndirilib. Bu isə faktiki olaraq məhkəməyə təzyiq mexanizmi kimi qiymətləndirilir. Hakim Rahib Salmanov məktubdan sonra iş materiallarındakı Elmira Axundovanın səs yazılarına, oğlu Həbib Axundovun prosesdə iştirakını təsdiqləyən sübutlara hüquqi qiymət vermədən onların üzərindən sükutla keçib. Nəticədə işdə vasitəçi olan Elnur İbrahimov 9 il müddətinə azadlıqdan məhrum edilib, zərərçəkənlərdən yalnız Fərman Məmmədovun mülki iddiası təmin olunub. Paradoks ondadır ki, Elnur İbrahimov həbsdə olduğu müddətdə mülki iddiaçı Fərman Məmmədova bir manat belə ödəməyib, əvəzində mülki iddiaçı olmayan Həbib Axundova 55 min manat qaytarıb. Bu fakt onun ödəmə qabiliyyətinə malik olduğunu və məqsədli şəkildə hökmün icrasından yayındığını açıq göstərir. Mülki iddiaçı Fərman Məmmədov ona vurulmuş ziyanın tam şəkildə ödənilməsini tələb edir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://reyting.az
archiveBu xəbər 16 Yanvar 2026 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see350

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see335

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see324

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see312

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see279

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see278

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see273

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see269

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see261

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see258

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see243

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see234

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see231

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see229

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see213

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see212

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see207

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see207

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see196

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri