Icma.az
close
up
RU
Sabir Rüstəmxanlının 80 illik yubiley gecəsi Fotolar

Sabir Rüstəmxanlının 80 illik yubiley gecəsi Fotolar

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlının 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, mərasim Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutub.

Yubiley gecəsində mədəniyyət naziri Adil Kərimli,  baş nazirin müavini Samir Şərifov, ölkənin mədəniyyət, incəsənət və ictimai-siyasi xadimləri, millət vəkilləri, şairin ailə üzvləri və dostları iştirak edib. 

Tədbir şairin həyat və yaradıcılığından bəhs edən videoçarxla başlayıb. Ardınca yubiley gecəsində Sabir Rüstəmxanlının zəngin ədəbi irsi və ictimai fəaliyyəti ilə bağlı çıxışlar səsləndirilib. 

Baş nazirin müavini Samir Şərifov çıxışında Sabir Rüstəmxanlının Azərbaycan ədəbiyyatında və ictimai fikir tarixində özünəməxsus yer tutduğunu bildirib. O qeyd edib ki, şairin yaradıcılığı hər zaman milli ruhun, vətən sevgisinin və azadlıq ideyalarının ifadəsi olub:

“Sabir Rüstəmxanlı təkcə şair kimi deyil, həm də ictimai-siyasi xadim olaraq ölkənin ictimai həyatında fəal iştirak edib, dövlətçilik və milli həmrəylik istiqamətində mühüm fəaliyyət göstərib”. 

O daha sonra Baş nazir Əli Əsədovun yubiley məktubunu da səsləndirilib.

Məktubda qeyd olunub ki, Sabir Rüstəmxanlı uzun illər ərzində zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatına dəyərli töhfələr verib, ictimai-siyasi fəaliyyəti ilə ölkənin həyatında yaxından iştirak edib. Bildirilib ki, o, uzun illər Milli Məclisin deputatı kimi fəal vətəndaş mövqeyi nümayiş etdirərək dövlətçiliyə xidmət göstərib.

Təbrik məktubunda Sabir Rüstəmxanlının yaradıcılığının xalqın tarixi yaddaşını yaşatdığı, milli-mənəvi dəyərləri və azadlıq ideallarını tərənnüm etdiyi vurğulanıb. Eyni zamanda onun dünya azərbaycanlılarının həmrəyliyi və milli birlik ideyalarının təbliğində mühüm rol oynadığı qeyd edilib. Baş nazir Əli Əsədov məktubun sonunda yubilyara möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları və uzun ömür arzulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli çıxışında bildirib ki, Sabir Rüstəmxanlı çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biridir:

“Şair həm yaradıcılığı, həm də vətəndaş mövqeyi ilə cəmiyyətdə böyük nüfuz qazanıb. O, zəhmətkeş ailədə böyüyüb, uşaqlıq və gənclik illərində kənd həyatının çətinliklərini yaxından görüb. Bu həyat təcrübəsi sonradan onun yaradıcılığında da öz əksini tapıb, əsərlərinə xalq ruhu və milli düşüncə gətirib. Sabir Rüstəmxanlı yaradıcılığında azərbaycançılıq ideyasına daim sadiq qalıb. O, Cəlil Məmmədquluzadə ənənələrindən gələn milli düşüncə xəttini müasir dövrün ictimai-siyasi və ədəbi mühitində davam etdirərək, həm əsərləri, həm də fəaliyyəti ilə bu ideologiyanın inkişafına töhfə verib”. 

Azərbaycan Yazıçılar Birliyinin üzvü Səlim Babullaoğlu çıxışında bildirib ki, Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə müxtəlif türk dövlətlərindən və beynəlxalq təşkilatlardan təbrik məktubları ünvanlanıb.

Qeyd olunub ki, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tatarıstan və digər bölgələrdən olan yazıçı və ictimai xadimlər yubilyarı təbrik edərək onun türk dünyası ədəbiyyatına verdiyi töhfələri yüksək qiymətləndiriblər.

Türkiyəli yazıçı İmdat Avşar çıxışında vurğulayıb ki, böyük sənətkarların yaradıcılığı zaman keçdikcə bir-birini tamamlayan halqalar kimi genişlənir. Onun sözlərinə görə, Sabir Rüstəmxanlının əsərləri də məhz belə bir bütöv düşüncə sistemini formalaşdırır:

“Sabir Rüstəmxanlı yaradıcılığında yalnız Azərbaycana deyil, bütövlükdə Türk dünyasına xitab edən ideyalar yer alır. Yazıçının əsərləri bir-biri ilə iç-içə keçərək daha böyük məna dairəsi yaradır və bu yaradıcılıq sərhədləri aşaraq müxtəlif coğrafiyalarda oxuculara təsir göstərir. Sabir Rüstəmxanlının əsas fərqi onun illər boyu eyni ideya və amal xəttinə sadiq qalmasıdır. O, həm yaradıcılıqda, həm də ictimai düşüncədə milli kimlik və mənəvi bağlılıq mövzusunu davamlı şəkildə qoruyub saxlayıb”.

Sonda çıxış edən Xalq şairi Sabir Rüstəmxanlı yubiley gecəsinin təşkilinə görə təşəkkürünü bildirib, illər ərzində yaradıcılığına və ictimai fəaliyyətinə göstərilən diqqəti yüksək qiymətləndirdiyini deyib:

“Bizim bütün tariximiz belədir. Qərbə bir səhnə dayanır, biz gedirik, növbəti nəsil, nəvələr gəlir. Dünyanın gözəllikləri də elə bundadır. Mən hamınıza təşəkkür etmək istəyirəm. Burada çıxış edənlərin hər birinə, mənim haqqımda, keçdiyim yollar haqqında ürəklə danışan qələm dostlarıma, gənclik dostlarıma, Türkiyədən, Moskvadan gələn dostlarıma, bu səhnəni bəzəyən aktyorlara xüsusi minnətdarlığımı bildirirəm.

Bu gecənin təşkili, əlbəttə ki, asan məsələ deyildi. Hamımız bilirik ki, belə tədbirlərin ərsəyə gəlməsi böyük zəhmət tələb edir. Buna baxmayaraq, bu çətin hava şərtləri içində bura gələn hər bir insan mənim üçün doğmadır, əzizdir. Hamınıza təşəkkür edirəm, var olun.

Elə hadisələr var ki, insan ömründə bir dəfə yaşanır. 80 yaş da həmin məqamlardan biridir”.

Tədbirdə həmçinin Sabir Rüstəmxanlının şeirləri səsləndirilib. Yubiley gecəsində musiqi nömrələri təqdim olunub.

Qeyd edək ki, Sabir Rüstəmxanlı 1946-cı il mayın 20-də Yardımlı rayonunda anadan olub. O, 2005-ci ildə Xalq şairi adına layiq görülüb. Şair 2021-ci ildə “Şöhrət”, bu il isə “Şərəf” ordeni ilə təltif olunub.

Lamiyə Məmmədova

Fotolar: Xəyal Vəlizadə






















































Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 May 2026 00:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see399

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see383

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see313

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see308

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see233

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see217

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see215

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see213

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see206

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see203

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see193

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see190

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see188

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see182

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see181

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see180

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see178

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see165

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri