Sabirabad “ASAN xidmət” mərkəzində 10 ildə 2 milyona yaxın müraciət qeydə alınıb AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 16 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Sabirabad regional “ASAN xidmət” mərkəzinin açılışı Prezident İlham Əliyevin iştirakı ilə 2014-cü il dekabrın 15-də keçirilib. Mərkəz Sabirabad şəhərinin Heydər Əliyev prospekti, 128 ünvanında yerləşir.
AZƏRTAC xəbər verir ki, Sabirabad regional “ASAN xidmət” mərkəzi Sabirabad rayonu ilə bərabər Neftçala, Biləsuvar, Saatlı, İmişli, Kürdəmir, Hacıqabul, Şirvan, Salyan, Beyləqan və Füzuli rayonlarında qeydiyyatda olan vətəndaşlarla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan xidmət göstərir.
Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb. Fəaliyyət göstərdiyi müddət ərzində Sabirabad “ASAN xidmət” mərkəzində 2 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb.
Ay ərzində mərkəzdə 20-25 nəfər könüllü çalışır. Mərkəzin fəaliyyətə başladığı müddətdən bu günə qədər ümumilikdə 2000-ə yaxın könüllü məzun olub.
Hazırda “ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 400-dən çox xidmət göstərilir və mərkəzlərdə gündəlik 40 min nəfərə yaxın vətəndaş qəbul edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 16 Dekabr 2024 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















