Sabirabad sakinləri elektrik dirəyindən yıxılıb Biri ölüb, digəri ağır yaralanıb
Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Sabirabad sakinləri 1989-cu il təvəllüdlü Manafov Novruz Yarməmməd oğlu və 1998-ci il təvəllüdlü Gülməmmədov Aqşin Gülağa oğlu elektrik dirəyindən yıxılıb.
Hadisə Salyan və Biləsuvar rayonlarının sərhədində qeydə alınıb.
İlkin məlumata görə, onlar sözügedən ərazidə elektrik xətlərini çəkərkən 15-20 metr hündürlükdə olan dirəkdən yıxılıblar.
Hadisə nəticəsində hər iki şəxs müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən N.Manafov yolda keçinib.
Digər yaralı A.Gülməmmədova ilk tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğundan yaralının Bakıya göndərilməsi gözlənilir.
Qeyd edək ki, hər iki sakinin “Azərenerji”nin əməkdaşları olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır(apa).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 30 Noyabr 2024 19:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















