Sabirabad Sənaye Məhəlləsində istehsal 3 dəfədən çox artıb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 25 avqust, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sabirabad Sənaye Məhəlləsində bu ilin yanvar-iyun ayları ərzində 3,3 milyon manatlıq məhsul istehsal edilib.
İZİA-dan AZƏRTAC-a bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfədən çox artıb. Bundan başqa, Sənaye Məhəlləsində bu ilin ilk 6 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə məhsul ixracı 74 faiz faiz artıb.
Sənaye Məhəlləsində hazırda 8 rezident fəaliyyət göstərir. Rezidentlər tərəfindən ümumilikdə 11,8 milyon manat investisiya yatırılıb, 100-dən çox iş yeri yaradılıb.
Qeyd edək ki, Sabirabad Sənaye Məhəlləsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 27 noyabr tarixli Sərəncamı ilə yaradılıb. 20,3 hektar ərazini əhatə edən sənaye məhəlləsində məişət məhsullarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı, qida sənayesi və gübrə istehsalı əsas prioritet fəaliyyət istiqamətlərini təşkil edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 25 Avqust 2026 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















