Sabirabadda 20 yaşlı qadın ölü uşaq dünyaya gətirdi
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Sabirabadda 20 yaşlı qadın ölü uşaq dünyaya gətirib.
Oxu.Az xəbər verir ki, Zərdab rayonunun Dəkkəoba kənd sakini Lalə Rüstəm qızı Şikalə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Regional Perinatal Mərkəzinə aparılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, zəruri tibbi xidmətlər göstərilən pasiyent üzərində qeysəriyyə kəsiyi əməliyyatı icra olunub və ölü döl xaric edilib:
"2005-ci il təvəllüdlü Lalə Rüstəm qızı Şikalə mayın 19-u saat 17:00-da Ucar Rayon Mərkəzi Xəstəxanasından 32 həftəlik hamiləlik, uşaqlıqda çapıq, ölü döl diaqnozları ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Regional Perinatal Mərkəzə təxliyə olunub.
Zəruri tibbi xidmətlər göstərilən pasiyent üzərində qeysəriyyə kəsiyi əməliyyatı icra olunub və ölü döl xaric edilib. Ölü döl təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Pasiyent hamiləlik müddətində virus infeksiyasına yoluxmasını və 10 gün ərzində bətnində körpənin hərəkətini hiss etmədiyini bildirib.
Hazırda pasiyentin tibb müəssisəsinin Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır".
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 21 May 2025 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















