Sabirabadda ağır qəza: 1 nəfər öldü, 3 nəfər yaralandı
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Sabirabad rayonunda iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə sentyabrın 24-də rayonun Osmanlı kəndi ərazisində baş verib.
Belə ki, Oktay Qasımovun idarə etdiyi "Hyundai" markalı avtomobil qarşı istiqamətdə hərəkətdə olan Rahim İbrahimovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillə toqquşub.
Qəza nəticəsində "VAZ-2106"nın sürücüsü R. İbrahimov hadisə yerində həyatını itirib.
"Hyundai"nin sürücüsü O. Qasımov və avtomobildə olan sərnişinlər Kamal Mövsüm oğlu Qədirli ilə Mirəli Seyidhəşim oğlu Əskərov müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 25 Sentyabr 2026 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















