Sabirabadda KURYOZ OLAY: oğul toyuq üstündə anasını döydü
Lent az saytına istinadən Icma.az xəbər verir.
Sabirabadda anasını döyən oğul həbs olunub.
Lent.az xəbər verir ki, hadisə rayonun kəndlərindən birində qeydə alınıb.
Məlumata görə, 41 yaşlı Yusif Rzayev (şərti adla) yaşadıqları evin həyətində yemək yeyib və spirtli içki içib. Bu zaman toyuqlar stolun üstünə çıxaraq, çörək qırıntılarını yeyiblər. Bu da Yusifi acıqlandırıb və o, toyuqları söyərək, qovmağa başlayıb. Onun hərəkətini görən anası, 73 yaşlı Nəzakət Rzayeva (şərti adla) “niyə toyuqları söyürsən? Onların ətini, yumurtasını yeyirsən” deyə oğluna irad bildirib. Bu irad isə ana ilə oğul arasında əməlli mübahisəyə çevrilib. Nəzakət mübahisə çox da böyüməsin deyə evin birinci mərtəbəsinə otağa keçib. Lakin Yusif də anasının ardınca otağa girib və onların söz davası burada davam edib. Yusifin sözlərinə görə, anası ilk olaraq, stəkanı ona atıb və o, alnından xəsarət alıb. Bundan hiddətləndiyi üçün anasını şillə və təpik zərbələri ilə döyüb.
Zərərçəkənin şikayəti əsasında Yusif Rzayev polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs yekun olaraq, əməlindən peşman olmadığını və özünü müdafiə məqsədilə bu hərəkəti törətdiyini deyib. Onun sözlərinə görə, ikinci dəfə ailə qurub və ümumilikdə 3 uşağı var.
Zərərçəkmiş Nəzakət Rzayeva isə oğlunun spirtli içki aludəçisi olduğunu və buna görə də tez-tez aralarında dava-dalaş olduğunu bildirib. Onun sözlərinə görə, hətta Yusifin ailəsini də öz təqaüdü ilə dolandırır. N. Rzayeva oğlundan şikayətçi olduğunu və məhkəmədən ona ən ağır cəza verilməsini xahiş edib.
Məhkəmənin qərarı ilə Y. Rzayev 1 il müddətinə azadlıqdan məhrum edilib.
Baxış sayı:121
Bu xəbər 19 Avqust 2026 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















