Icma.az
close
up
RU
Menu

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

Sözün işığında yaşayan insan

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

Türkiyə futbolunu silkələyən mərc oyunları... Klub bəyanat yaydı

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

Bazu sümüyünü əzələ qatı ilə birlikdə çıxarıb, ömürlük şikəst qoyublar MƏHKƏMƏ

“Fələstin xalqının sağlamlığı TƏHLÜKƏDƏ KONKRET

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

Həkim kişilərdə daimi yorğunluğun gizli səbəbini müəyyən edib...

Nazir məktəbin acınacaqlı vəziyyətinə biganə yanaşır

Günəşlidə bir neçə evin altında torpaq çöküb: Metan qazının qoxusundan oturmaq olmur

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

Amazon kütləvi ixtisarlara hazırlaşır

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

Sabirabadda səpinə start verilib 11 min hektarda pambıq əkilməsi gözlənilir VİDEO

Sabirabadda səpinə start verilib 11 min hektarda pambıq əkilməsi gözlənilir VİDEO

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Sabirabad, 29 aprel, Aydın Yavərzadə, AZƏRTAC

Sabirabadda pambıq səpini ilə bağlı tarla görüşündə fermerlər və alimlər bir araya gəliblər. Onlar təcrübələrini paylaşıb və səpinlə bağlı müşahidələr aparıblar. Həmçinin sahədə orqanik gübrənin çiləmə üsulu ilə səpilməsi tətbiq edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sabirabad rayonunun Zəngənə kəndində keçirilən tarla görüşündə Sabirabad Rayon İcra Hakimiyyətinin, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun, Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin, pambıqçılıq şirkətlərinin rəsmiləri, Sabirabad və Saatlı rayonundan onlarla fermer iştirak ediblər. Tarla günündə həm ənənəvi, həm də qoşa cərgə üsulu ilə pambıq əkininə, həmçinin əkin zamanı torpağa gübrə verilməsi prosesinə baxış keçirilib.

Müzakirələrdə səpin zamanı istifadə edilməsi tövsiyə olunan yerli və xarici sortlardan bəhs edilib, pambıq becərilməsi zamanı qarşıya çıxan çətinliklər və həlli yolları diqqət mərkəzində olub. Yeni məhsuldar toxumlar təqdim edilib, yeni qaydada əkindən əvvəl çiləmə üsulu ilə torpağa orqanik gübrənin verilməsinin əhəmiyyətindən danışılıb. Tətbiq olunan qoşacərgə əkin üsulunun gələcəkdə daha da təkmilləşdirilib və geniş sahədə tətbiq edilməklə məhsuldarlığı artıra biləcəyi vurğulanıb.

Səpin zamanı innovativ üsullara üstünlük verən fermerlər bu il tarlalardan yüksək məhsul əldə etməyi planlaşdırırlar. Fermer Əfras Əsgərov deyir ki, yüksək məhsul əldə etmək üçün səpin üsulu aqreqatla həyata keçirilir və torpağa karbamid gübrəsi verilir. Digər gübrə isə çiləmə üsulu ilə verilən orqanik gübrədir. O, bu təcrübəni ötən il də tətbiq edib və hər hektardan 10 sentnerədək daha çox məhsul götürüb. Bu il 160 hektar sahəyə pambıq səpməyi nəzərdə tutan fermer, sahənin 80 faizə yaxınını ənənəvi üsulla və lifsiz toxumla, qalan hissəsini isə lifli toxumla və qoşa cərgə üsulu ilə əkməyi planlaşdırır.

Xosrov Cəfərov da Sabirabadın tanınmış pambıqçılarındandır, ötən illərin təcrübəsi sayəsində bu il daha çox pambıq əkməyi qərara alıb: “Ötən il 60 hektar sahədə pambıq becərdim, “Bəyaz Altun” sortundan olan toxum səpdim. Hər hektara 40-42 sentner məhsul yığdıq. Bu il isə eyni toxumla 90 hektar sahədə pambıq əkməyi qarşıya məqsəd qoymuşam. Hər hektara 120 kiloqram olmaqla toxum səpin aparırıq və səpinlə paralel torpağa gübrə veririk. Növbəti gübrə isə hər hektara 240 kiloqram olmaqla, suvarma ərəfəsində verilir. Cari ildə tarladan hər hektara 45 sentner məhsul əldə etmək əsas hədəfimdir".

"Azərpambıq-ASK" MMC-nin baş aqronomu Rafail Tahirov bildirib ki, şirkət tərəfindən Sabirabad və digər rayonlar üzrə ümumilikdə 4 mindən çox fermerlə 23 min hektardan artıq sahədə pambıq əkini üçün müqavilələr bağlanılıb. Səpin öncəsi aqrotexniki işlər yerinə yetirilib, bu günə kimi 13 min hektardan çox sahəyə toxum səpilib və 5 min hektarda çıxış əldə edilib. “Bu il əsasən tirə üsuluna üstünlük verilib. Bu üsulun üstünlüyü ondan ibarətdir ki, səpin vaxtı yağıntılar çox düşərsə torpaq üzərində qaysaq əmələ gəlmir və yaxşı çıxış alınır”.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Ələddin Tağıyev bildirib ki, pambıq səpini zamanı vacib şərtlərdən biri hava və torpaq şəraitinin nəzərə alaraq həmin bölgəyə uyğun toxumların düzgün seçilməsidir. “Pambıçıqlıda 125-130 gün vegetasiya müddəti olan yerli sort toxumların əkilməsi məqsədəuyğundur. Son illər yerli sortlardan olan “Gəncə-160”, “Gəncə-182” və “Gəncə 183” pambıq sortları fermerlər tərəfindən istifadə edilir. Bundan başqa, seleksiya yolu ilə yeni yerli sortlar da yaradılıb. Onlardan biri də institutun 100 illiyi ilə bağlı yaradılıb. Bu sort 42 faiz lif çıxımına və 45-50 sentner məhsuldarlığa malikdir. Eyni zamanda, “Gəncə-219” pambıq sortu da var ki, həmin sortu Kənd Təsərrüfatı Nazirliyinin Seleksiya Nailiyyətləri üzrə Ekspert Komissiyasına təqdim edəcəyik. Bu sort da məhsuldarlığı və lif çıxımı ilə seçilir. Yerli sort pambıqların digər bir üstünlüyü ondan ibarətdir ki, daha tez səpin aparmaq olur”.

Qeyd edək ki, bu il Sabirabadda 11 min hektara yaxın sahədə çiyid səpini gözlənilir. Artıq bu vaxtda kimi 4 min sahədə səpin aparılıb və may ayının ortalarına səpinin başa çatdırılması gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Aprel 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see223

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

27 Oktyabr 2025 23:25see208

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see192

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

27 Oktyabr 2025 15:40see164

Türkiyə futbolunu silkələyən mərc oyunları... Klub bəyanat yaydı

27 Oktyabr 2025 20:45see161

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

28 Oktyabr 2025 09:20see155

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

27 Oktyabr 2025 23:41see152

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

28 Oktyabr 2025 06:16see148

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

28 Oktyabr 2025 15:58see143

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

28 Oktyabr 2025 00:14see140

Bazu sümüyünü əzələ qatı ilə birlikdə çıxarıb, ömürlük şikəst qoyublar MƏHKƏMƏ

27 Oktyabr 2025 21:49see135

“Fələstin xalqının sağlamlığı TƏHLÜKƏDƏ KONKRET

28 Oktyabr 2025 00:44see135

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

28 Oktyabr 2025 19:38see134

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

28 Oktyabr 2025 21:15see133

Həkim kişilərdə daimi yorğunluğun gizli səbəbini müəyyən edib...

27 Oktyabr 2025 22:36see130

Nazir məktəbin acınacaqlı vəziyyətinə biganə yanaşır

27 Oktyabr 2025 20:22see129

Günəşlidə bir neçə evin altında torpaq çöküb: Metan qazının qoxusundan oturmaq olmur

28 Oktyabr 2025 02:38see128

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

28 Oktyabr 2025 14:31see126

Amazon kütləvi ixtisarlara hazırlaşır

28 Oktyabr 2025 07:04see124

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

28 Oktyabr 2025 20:46see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri