Icma.az
close
up
RU
Sabirabadda üç körpə doğuş zamanı ölüb Prokurorluq araşdırma APARIR

Sabirabadda üç körpə doğuş zamanı ölüb Prokurorluq araşdırma APARIR

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Sabirabad Rayon Mərkəzi Xəstəxanasında son on gündə üç uşaq ölümü qeydə alınıb.

Modern.az xəbər verir ki, məlumatı "Teleqraf" yayıb.

Məlumata görə, hadisələrdən biri bayram günlərində baş verib. Doğumu körpə cərrah mama-ginekoloq Mehriban Yunusova qəbul edib. Uşaq qeysəriyyə yolu ilə doğulacaqmış, lakin son anda həkimlər qərarlarını dəyişərək təbii doğuş üsulunu seçiblər.

Doğuşdan iki saat sonra isə körpə dünyasını dəyişib. Vəfat etmiş uşağın valideyni, Sabirabad şəhər sakini Bayram Güləliyev faktı təsdiqləyib və sabah məsələ ilə bağlı baş həkimlə görüşəcəyini bildirib.

Xatırladaq ki, bu, Sabirabad MRX-da təsdiqini tapmış ikinci ölüm halıdır. Martın 30-da xəbər yayılıb ki, Kürdəmir rayonunun Axtaçı Qarabucaq kənd sakini, 2006-cü il təvəllüdlü Əsədova Xəyalə Natiq qızı Sabirabad xəstəxanasında uşaq dünyaya gətirib. İlkin müayinə zamanı doğuşun gecikdiyi məlum olub. Belə halda isə körpə qeysəriyyə yolu ilə dünyaya gəlməli imiş, ancaq həkim bunu etməyib və qadını təbii doğuşa götürüb. X.Əsədovanın körpəsi həmin gün ölüb.

Sayt qeyd edir ki, bundan əlavə daha bir uşaq ölümü ilə bağlı iddialar var.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasında yeni doğulan üç körpənin ölümü ilə bağlı araşdırma başlayıb. Hadisələrlə bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:277
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 Mart 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri