Sabirabaddakı qətl hadisəsi araşdırılır
Icma.az bildirir, Reyting.az portalına istinadən.
Sabirabadda baş vermiş qəsdən adamöldürmə faktı ilə bağlı cinayət işi başlanıb.
Reyting.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadla bildirir ki, mayın 20-də Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində qadın cinsli şəxsin meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Seyidrəsul Talıbzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.
Bu mövzuda digər xəbərlər:Sabirabaddakı yanğında ölən ailənin FOTOSU
04 İyun 2025 15:31
Sabirabaddakı qəzada ölən şəxslərin FOTOSU
26 İyun 2025 21:28
Sabirabaddakı qəzada ölənlərin kimliyi bilindi Yenilənib
26 İyun 2025 08:51
“Başı pozulmuşdu” Sabirabaddakı qətlin DETALLARI VİDEO
14 Noyabr 2025 23:49
Sabirabaddakı yol qəzasında 3 nəfər həyatını itirib
27 Noyabr 2024 08:59
Baxış sayı:97
Bu xəbər 20 May 2025 22:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















