Icma.az
close
up
RU
“Sabit tarifin xərc yükü əsasən aztəminatlı ailələrin üzərinə düşəcək” Samir Əliyev

“Sabit tarifin xərc yükü əsasən aztəminatlı ailələrin üzərinə düşəcək” Samir Əliyev

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Təbii qaz və elektrik enerjisi sərfiyyatına görə tətbiq edilən aylıq sabit tarifin xərc yükü əsasən aztəminatlı ailələrin üzərinə düşəcək və ağırlığı bu təbəqə daha çox hiss edəcək.
Yeniavaz.com
xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev bildirib.
Ekspert bildirib ki, sabit tarif mexanizmi əhalinin bu təbəqəsi üçün qaz və elektrik enerjisi sərfiyyatına görə faktiki olaraq yüksək tarifə bərabərdir:
“2025-ci ilin yanvarında təbii qaz üzrə illik istehlakı 1200 kubmetrə qədər olan hissə üçün tarif artırılaraq 12,5 qəpik müəyyənləşdirilib. Bu, ən aşağı tarifdir və məqsədi aztəminatlı ailələri yüksək qiymətdən qorumaqdır. Aşağı tarifli abunəçilər 1200 kubmetr qaz istehlakı üçün il ərzində 150 manat (1200 kubmetr × 12,5 qəpik) ödəyir. 2026-cı ildə isə onlar növbəti dəfə tarif artımı olmasa, 162 manat (150 AZN + 12 AZN) ödəməli olacaqlar. Bu halda abunəçinin istehlak etdiyi qazın 1 kubmetri ona 13,5 qəpiyə (162 AZN / 1200 kubmetr) başa gələcək. Yəni, faktiki olaraq əhalinin 48%-i üçün (https://azeriqaz.az/az/news/2977) tarif 12,5 qəpikdən 13,5 qəpiyə yüksələcək. Tarif ən azı 8% artacaq. Ona görə də istehlak azaldıqca tarif daha da artır. Məsələn, 1000 kubmetr sərfiyyat üçün tarif 13,7 qəpiyə, 800 kubmetr qaz üçün isə 14 qəpiyə yüksəlir.
Analoji vəziyyət elektrik enerjisi istehlakında da yaranır. Elektrik enerjisinin aylıq istehlak həcminin 200 kVt·saatadək olan hissəsi üçün tarif 8,4 qəpik müəyyən edilib. Bu tarifdən yararlanan abunəçilərin aylıq xərci 16,8 AZN-dən 17,8 AZN-ə yüksələcək. Deməli, əhalinin 65%-i üçün (https://report.az/.../azerbaycanda-yeni-elektrik-enerjisi...) istehlak edilən elektrik enerjisinin 1 kVt·saatı 8,4 qəpikdən 8,9 qəpiyə yüksələcək. Tarif artımı ən azı 6% olacaq. Aşağı istehlakda isə tarif daha yüksək olur. Məsələn, 150 kVt·saat üçün 9,1 qəpik, 100 kVt·saat üçün 9,4 qəpik.
Aşağı tarifdən tam olmasa da, əsasən aztəminatlı ailələr istifadə edir. Çoxmərtəbəli binalarda yaşayan və istilik sisteminə qoşulmuş abunəçilər də aşağı tarif qrupuna daxil ola bilər. Ancaq razılaşaq ki, aşağı tarifdən daha çox imkanı az olan ailələr yararlanır. Necə adlandırılmasından asılı olmayaraq, 2026-cı ildə əhalinin “qənaətcil” ailələri üçün qaz və elektrik enerjisi tarifləri müvafiq olaraq ən azı 8% və 6% artacaq. Tarif Şurası kommunal və digər xidmətlərin qiymətini artıranda həmişə əhalinin əksər hissəsinin aşağı tarif qrupuna aid olduğunu əsas gətirərək artımların onlara cüzi təsir edəcəyini açıqlayır. Deməli, əhalinin 48%-i təbii qaz, 65%-i isə elektrik enerjisi istehlakına görə yüksək tarif ödəməli olacaq. Sabit tarif xərcini az hiss edənlər isə əhalinin imkanlı təbəqəsi olacaq”.
İqtisadçı-ekspert Samir Əliyev
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 31 Dekabr 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri