Icma.az
close
up
RU
Sabit xarakter, iti düşüncə

Sabit xarakter, iti düşüncə

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tale elə gətirib ki, xeyli alimlə dost ola bilmişəm. Aralarında elmin müxtəlif sahələri üzrə elmlər doktorları, professorlar da var. Bəzilərilə gec-gec görüşsəm də, elələri də var ki, tez-tez görüşür, süfrə arxasında fikir mübadiləsi aparırıq. Belə dostlarımdan biri də tibb elmləri doktoru Vəli Əsmətovdur. İyunun 2-si Vəli dostumun növbəti ad günü idi, 63 yaşı tamam oldu. İstəyirəm ki, onu tanıdığım kimi sizə də təqdim edim. Amma söhbətimə daşıdığı addan başlamaq istəyirəm. Vəli adı ərəb mənşəli olub, əsasən qəyyum, himayəçi və ya dost, yaxın yoldaş deməkdir. İslamda isə bu kəlmə xüsusi ilahi lütfə nail olmuş, təqvalı şəxslərə verilən addır. Təxminən Allahın dostu, övliya kimi...
Vəli Əsmətovun dünyaya gəlişi həftənin şənbə gününə təsadüf edir. Odur ki, Saturn planeti tərəfindən idarə olunur. Məsuliyyətli, intizamlı, çalışqan və səbirli xarakteri var. Həyatda nəyə nail olubsa öz zəhməti, əzimkarlığı hesabına nail olub. Cəsarətli adamdır. Çətinliklərdən qorxmur və öhdəliyinə düşənləri sona qədər yerinə yetirir. Necə deyərlər, yüz ölçüb bir biçməyi xoşlayır. Elə ona görə də səhvə yol vermir. Emosiyadan daha çox məntiqə üstünlük verir. O cümlədən çətin anlarda dostlarına arxa duran, etibarlı insandır...
Adətən intellektuallığı ilə seçilir. Mədəni davranışı ilə ətrafdakı insanlara qısa zamanda təsir edə bilir. Yaxınlarına, tanışlarına qarşı çox həssas və yardımsevərdir. Daim nəyisə araşdırmaq və öyrənmək istəyi onun zəkasını və enerjisini həmişə canlı saxlayır. Bəli, Vəli dostum darıxdırıcı insanlardan deyil. Elə professor tanıyıram ki, xalqın əksinə gedən, xalqa nifrət püsgürən adamlara trolluq etməkdən zövq alır. Və özünü dünyanın ən dürüst, ən ağıllı insanı kimi qələmə verməyə çalışır. Vəli Əsmətov isə öz sözü, öz mövqeyi olan professor dostlarımdandır...
Onun öz xarizması var. Adətən mehriban, ağıllı və gözəl nitqi ilə diqqəti özünə çəkməyi bacarır. Elə ağıllı olduğu üçün də bir çox insanın çıxa bilmədiyi problemlərin qarşısında qısa müddətdə uğur əldə etməyin yolunu asanlıqla tapa bilir. Bu da onun müsbət xüsusiyyətlərindən biri kimi özünü biruzə verir. Sabit xarakteri və iti düşüncəsi ilə baş verən hadisələri “süzgəncindən” keçirməyi bacarır. Onun diqqətini nadanlar çəkə bilməz, o, yalnız müsbət xüsusiyyətlərə malik enerjili insanlara üstünlük verir. Onun üçün pul qazanmaq əsas məqsəd olmasa da, rahat və lüks bir həyat yaşamağı, sevdiklərinin istəklərini həyata keçirməyi çox xoşlayır. Bir sözlə, professor Vəli Əsmətov özündən müştəbeh professorlardan çox fərqlidir. Təəssübkeş, xeyirxah, xülasə, kişi adamdır. Heç vaxt fürsətkeş olmayıb, öz maraqlarını hər şeydən üstün tutmayıb...
Bəli, iyunun 2-si dostum, qardaşım, professor Vəli Əsmətovun 63 yaşı tamam oldu. Mələklərin numerologiya sistemində 63 rəqəmi tarazlıq, yaradıcılıq və ilahi rəhbərliyin simvoludur. Bu rəqəm maddi ehtiyaclar ilə mənəvi inkişafın balanslaşdırılmasını ifadə edir və tez-tez həyatda yeni fürsətlərin yaranacağına dair müsbət bir mesaj kimi qəbul olunur. Burada 6 rəqəmi məsuliyyət, ailə, harmoniya və ev rahatlığı deməkdir. 3 rəqəmi isə yaradıcılıq, ünsiyyət, özünüifadə və ilham rəmzidir. 6 + 3-ün cəmi 9 etdiyi üçün, numerologiyada 9 rəqəmi mənəvi oyanışın işarəsidir. Bu yaşda insan narahatlıqları kənara qoyub, öz intuisiyana güvənə bilər. Bir də 63 yaş sahibinin kainat tərəfindən dəstəkləndiyini xatırladır və həyatın axınına inanmağın lazım olduğunu vurğulayır...
Vəli müəllimi 63 yaşı münasibətilə təbrik edir, möhkəm cansağlığı arzulayıram. Yaşa, dostum!

Hörmətlə, Elman Eldaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 03 İyun 2026 23:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri