Icma.az
close
up
RU
Sabitlik, dialoq və birgə inkişaf platforması

Sabitlik, dialoq və birgə inkişaf platforması

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Düşənbə şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası postsovet məkanında qarşılıqlı etimad, əməkdaşlıq və anlaşmanın yeni mərhələsini formalaşdırdı. Bu görüş bir daha nümayiş etdirdi ki, MDB regionda sabitlik, dialoq və birgə inkişaf baxımından vacib siyasi və humanitar platformadır. Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxışında həm təşkilatın humanitar istiqamətinə, həm də Azərbaycanın birliyə verdiyi fəal töhfələrə diqqət çəkərək qeyd edib ki, humanitar əməkdaşlığın möhkəmləndirilməsi MDB-nin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Bu yanaşma bir daha göstərir ki, Azərbaycan MDB çərçivəsində təkcə iqtisadi və siyasi deyil, həm də mədəni və mənəvi inteqrasiyanın aparıcı qüvvəsinə çevrilib.

Ölkə başçısı cənab İlham Əliyevin nitqi sübut etdi ki, Azərbaycanın beynəlxalq siyasət fəlsəfəsinin mərkəzində dostluq, qarşılıqlı hörmət və etibar prinsipləri dayanır. Müasir mərhələdə MDB təkcə iqtisadi və siyasi əməkdaşlıq arenasi deyil, həm də mədəni və humanitar əlaqələrin genişləndirildiyi bir məkan kimi fəaliyyət göstərir. Azərbaycan isə bu birlikdə təşəbbüskar, etibarlı və fəal tərəfdaş kimi tanınır. Prezident sammitdə Tacikistanla münasibətlərin mahiyyətindən bəhs edərək bildirib: “Tacikistan və Azərbaycan arasındakı əlaqələr qardaşlıq, dostluq və qarşılıqlı dəstək prinsiplərinə əsaslanır, bu münasibətlər böyük inkişaf perspektivlərinə malikdir.” Bu fikirlər təkcə iki ölkə arasındakı səmimi əməkdaşlığın deyil, eyni zamanda MDB məkanında həmrəyliyin ruhunu əks etdirir.

Azərbaycanın xarici siyasəti hər zaman əməkdaşlıq, sülh və ortaq maraqlar üzərində qurulub. Düşənbə görüşü bu siyasətin regionda uğurlu nəticələr verdiyini bir daha göstərdi cənab Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqamlardan biri də Laçının 2025-ci il üçün MDB-nin Mədəniyyət Paytaxtı seçilməsi oldu. Bu qərar bir şəhərin simvolik tanınmasından daha çox, Azərbaycanın bərpa və quruculuq təcrübəsinin beynəlxalq miqyasda qəbul edilməsinin göstəricisidir. Prezident qeyd edib: “Bu ilin iyununda Laçında MDB-nin Mədəniyyət Paytaxtı ilinin açılış mərasimi keçirildi. Tamamilə dağıdılmış şəhər qısa müddətdə müasir və rahat yaşayış məkanına çevrilib.”

Bu bəyanat həm xalqın yenilməz iradəsini, həm dövlətin quruculuq gücünü, həm də milli dirçəlişin diplomatik ifadəsini özündə ehtiva edir. Laçın bu gün təkcə Zəfər rəmzi kimi deyil, eyni zamanda mədəni və humanitar inteqrasiyanın mərkəzi kimi tanınır. MDB nümayəndələrinin Laçında gördükləri dəyişikliklər Azərbaycanın müharibədən sonrakı dövrdə həyata keçirdiyi uğurlu bərpa modelinin canlı sübutudur.

Düşənbə sammitində Prezidentin xüsusi önəm verdiyi digər hadisə isə III MDB Oyunlarının qədim Gəncə şəhərində keçirilməsi idi. Dövlət başçısı bu tədbiri belə dəyərləndirib: “Birliyin həyatında əlamətdar hadisə – sentyabrın 28-dən oktyabrın 8-dək Nizami Gəncəvinin yurdu Gəncə şəhərində keçirilən III MDB Oyunlarıdır.” Bu oyunlar MDB ölkələri arasında dostluq, anlaşma və humanitar əlaqələri gücləndirən mühüm platforma kimi yadda qaldı. Azərbaycan bu tədbiri idman yarışından daha çox xalqları bir araya gətirən dostluq və mədəniyyət bayramı kimi təqdim etdi. Cənab Prezident İlham Əliyev əlavə edib: “Gəncə ilə yanaşı, Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəki şəhərlərində də 13 ölkədən 1600-dən artıq idmançı yarışlarda iştirak etdi.” Düşənbə sammiti bir daha sübut etdi ki, Azərbaycan MDB məkanında sabitlik, inteqrasiya və əməkdaşlıq proseslərinin əsas hərəkətverici qüvvələrindən biridir. Cənab Prezident İlham Əliyevin çıxışı həm strateji baxışın, həm də mədəni diplomatiyanın parlaq nümunəsi oldu. Azərbaycan bu gün MDB-nin gələcəyinə dinamizm, məzmun və mənəvi dəyər qazandıran aparıcı dövlət kimi çıxış edir. Laçının Mədəniyyət Paytaxtı seçilməsi və Gəncənin MDB Oyunlarına ev sahibliyi etməsi isə bu siyasətin real nəticələrini nümayiş etdirir.

Gülər Sultanzadə

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Oktyabr 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see472

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see382

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb FOTO

06 İyul 2026 06:31see338

“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” Artur Konan Doyl

06 İyul 2026 14:32see288

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see253

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see243

Şuşada Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar adlı beynəlxalq konfrans keçirilir

06 İyul 2026 10:04see211

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see196

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see196

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see187

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see185

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see180

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see176

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see176

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see173

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see173

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see166

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see159

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see154

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri