Icma.az
close
up
RU
Menu

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Parisdə turizm təqdimatı

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Sabitlik, əməkdaşlıq və davamlı inkişaf

Sabitlik, əməkdaşlıq və davamlı inkişaf

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen arasında keçirlən görüş, verilən bəyanatlar münüsibətlərin inkişafını xarakterizə edib.” Bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, ölkəmizin başçısının da bəyan etdiyi kimi Azərbaycanla Avropa İttifaqı əməkdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen arasında keçirilən görüşdən sonra mətbuata verilən bəyanatlarda bu amillər bir daha diqqətə çatdırıldı. Ölkəmizin başçısı son dövrlərdə Azərbaycan ilə Avropa İttifaqı arasında yüksək səviyyəli siyasi dialoqun daha da intensiv xarakter aldığını bəyan edib. Ötən ilin may və oktyabr aylarında Avropa Siyasi Birliyinin Zirvə görüşləri çərçivəsində keçirilən görüşlərdə ikitərəfli əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlərin geniş müzakirə olunduğu da bildirildi.
Dövlətimizin başçısının da bəyan etdiyi kimi cari il ərzində Avropa İttifaqının ali rəhbərliyinin Azərbaycana həyata keçirdiyi ardıcıl səfərlər münasibətlərdə yeni dinamikanın formalaşdığını nümayiş etdirir. Mart ayında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, may ayında isə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Bakıya səfərlərini xatırladan dövlət başçısı bildirib ki, Avropa Komissiyasının Prezidentinin hazırkı səfəri də tərəflər arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində qarşılıqlı siyasi iradənin göstəricisidir.
Görüş zamanı nümayəndə heyətlərinin iştirakı ilə keçirilən müzakirələrdə iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya əlaqələri, bərpaolunan enerji, regional əməkdaşlıq və təhlükəsizlik məsələləri geniş şəkildə nəzərdən keçirilib”.
Deputat bildirib ki, ölkəmizin başçısının da vurğuladığı kimi Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır: “Hazırda Azərbaycanın xarici ticarət dövriyyəsinin 40 faizdən çoxu Avropa İttifaqına üzv dövlətlərin payına düşür. Eyni zamanda, Azərbaycan Cənubi Qafqaz regionunda Avropa İttifaqının ən böyük ticarət tərəfdaşıdır. Bu da öz növbəsində ümumilikdə region üzrə ticarət dövriyyəsinin təxminən 70 faizini əhatə edir.
Sözsüz ki, enerji sahəsində əməkdaşlıq Azərbaycan–Avropa İttifaqı münasibətlərinin əsas istiqamətlərindən biridir. Ölkəmizin başçısı da diqqətə çatdırıb ki, dörd il əvvəl tərəflər arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb və həmin sənədin icrası nəticəsində Azərbaycanın Avropa bazarına təbii qaz ixracı əhəmiyyətli dərəcədə artıb. Hazırda Azərbaycanın ixrac etdiyi təbii qazın yarısı Avropa İttifaqına üzv ölkələrə nəql olunur və artıq 10 üzv dövlət Azərbaycan qazı ilə təmin edilir. Gələcəkdə bu coğrafiyanın daha da genişləndirilməsi üçün mövcud imkanların olduğu diqqətə çatdırılıb.
Bu bir reallıqdır ki, müasir dövrdə enerji təhlükəsizliyi milli təhlükəsizliyin əsas komponentlərindən biridir. Azərbaycanın uzunmüddətli enerji strategiyası, həyata keçirilən məqsədyönlü siyasi və diplomatik fəaliyyət, eləcə də enerji infrastrukturuna yatırılan iri həcmli investisiyalar ölkəni Avropanın etibarlı enerji tərəfdaşlarından birinə çevirib. Bu baxımdan, Cənub Qaz Dəhlizi beynəlxalq əməkdaşlığın uğurlu nümunəsi kimi qiymətləndirilir. Məhz bu mənada uzunluğu 3500 kilometr olan vahid boru kəməri sistemi hazırda Azərbaycan təbii qazının Avropaya təhlükəsiz və fasiləsiz nəqlini təmin edir.
Həmçinin bu gün Azərbaycanla Avropa İtitfaqı arasında nəqliyyat və logistika sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından biri olmaqla regionun mühüm tranzit mərkəzinə çevrilib. Son illər ölkədə nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində genişmiqyaslı layihələr həyata keçirilib, dəmir yolu şəbəkəsi, avtomobil yolları və dəniz limanlarının imkanları əhəmiyyətli dərəcədə genişləndirilib. Yeni geosiyasi şəraitdə yükdaşımaların artmasını nəzərə alan Azərbaycan bu sahəyə investisiyaların həcmini artırmaqda davam edir.
Ölkəmizin başçısı tərəfindən birgə bəyanatda həmçinin bərpaolunan enerji sahəsində əməkdaşlığın perspektivləri də geniş şəkildə dəyərləndirilib. Azərbaycan zəngin günəş, külək və hidroenerji potensialına malikdir və bu imkanların səmərəli istifadəsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Xarici və yerli investorlarla imzalanmış müqavilələr nəticəsində yaxın beş-altı il ərzində ölkədə əlavə səkkiz giqavat gücündə günəş və külək elektrik enerjisi istehsal ediləcək. Bu layihələr Azərbaycanın yaşıl enerji strategiyasının həyata keçirilməsinə və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək.
Prezident İlham Əliyev çıxışında regional təhlükəsizlik və Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə də toxunub. Dövlət başçısı qeyd edib ki, ötən ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamə imzalanıb, eyni zamanda sülh sazişinin mətni paraflanıb. Bunun nəticəsində regionda sülhün formalaşması istiqamətində mühüm irəliləyiş əldə olunub”.
Sevinc Hüseynova vurğulayıb ki, Azərbaycan sülh gündəliyinin praktik müstəvidə həyata keçirilməsi istiqamətində mühüm addımlar atıb: “Ölkə ərazisindən Ermənistana həyata keçirilən tranzit yükdaşımalarına tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb, həmçinin Ermənistana benzin və dizel yanacağının tədarükünə başlanılıb. Bu addımlar isə qarşılıqlı etimadın möhkəmləndirilməsinə və regionda davamlı sülhün təmin olunmasına xidmət edir.
Azərbaycan 30 il davam edən işğala son qoyaraq öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edib və bundan sonra regionda sülhün təşviqi təşəbbüsü ilə çıxış edib. Hazırda əsas məqsəd əldə olunan nəticələri möhkəmləndirmək, sülhü davamlı və dönməz prosesə çevirməkdir.
Ölkəmizin başçısı həmçinin Avropa Komissiyasının regionda sülh və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində göstərdiyi dəstəyi yüksək qiymətləndirib. Azərbaycan Avropa İttifaqı ilə qarşılıqlı faydalı əməkdaşlığın bütün istiqamətlər üzrə inkişafında maraqlıdır və birgə səylər nəticəsində Cənubi Qafqazın sabitlik, təhlükəsizlik, əməkdaşlıq və davamlı inkişaf məkanına çevriləcəyinə əminliyini ifadə edib”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 İyul 2026 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see431

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see399

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see382

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see341

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see277

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see220

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see218

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see212

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see211

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see201

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see201

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see198

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see191

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see188

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see186

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see183

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see179

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see170

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see167

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri