“Sabitlik istəyiriksə...” Prezidentin mesajlarının izi ilə
Icma.az, Ayna saytına istinadən bildirir.
Komitə sədri: “Biz sülhün davamlı olmasını istəyirik, amma sabitliyin qorunması üçün müdafiə qabiliyyətinin möhkəmləndirmək əsas prioritetdir”
Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verdi. İki saat yarımadək yayımlanan müsahibəsində ölkə başçısı ötən ilə yekun vurdu, 2026-cı il ölkə qarşısında duran hədəfləri açıqladı. Prezident müsahibəsində daxili və xarici siyasətin prioritetlərini sadaladı.
Kifayət qədər həm daxilə, həm də xaricə mesajların yer aldığı müsahibə ilə bağlı fikirlərini AYNA.AZ-la bölüşən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib ki, ölkə başçısı müsahibəsində çox mühüm məqamlara toxunub.
“Təbii ki, müsahibədə ölkə başçısı ötən ilin yekunlarına, təhlükəsizlik məsələlərinə, siyasi məsələlərə, regional və beynəlxalq əlaqələrə, eyni zamanda, daxili məsələlərə, məmurların iş prinsiplərinə, ölkədə baş verənlərə ətraflı qiymət verdi”, - deyə komitə sədri qeyd edib.
Milli Məclis üzvünün sözlərinə görə, Prezidentin diqqət yetirdiyi ən mühüm məsələlərdən biri sülh dövrü və təhlükəsizliklə bağlı reallıqlar olub: “Cənab Prezident bu məsələləri izah etdi və problemlərə aydınlıq gətirdi. Ötən il Ermənistanla münaqişənin siyasi mərhələsinin yekunlaşması Prezident tərəfindən qeyd olundu. Ölkə başçısı uzun illərdən sonra sülh şəraitində yaşamağın vacibliyini vurğuladı. Əlbəttə, cənab Prezidentin sülh dövründəki yeni çağırışlarla bağlı müsajları da mühüm əhəmiyyət kəsb edir. Bu çağırışlara real cavab vermək üçün ordumuzu mütləq şəkildə gücləndirmək lazımdır. İnformasiyaya malik olmaq üçün xüsusi xidmət orqanları hansı addımları atmalıdırlar, bəllidir”.
“Əlbəttə, biz sülhün davamlı olmasını istəyirik, amma sabitliyin qorunması üçün müdafiə qabiliyyətinin möhkəmləndirmək əsas prioritetdir. Prezidentin də qeyd etdiyi kimi, ötən ilin avqustundakı Vaşinqton görüşü, sülh sazişinin paraflanması və ABŞ kimi qüdrətli dövlətin zəmanətçi kimi çıxış etməsi mühüm məsələdir”, - deyə A.Nağıyev söyləyib.
Parlamentari xatırladıb ki, “cənab Prezident ordu quruculuğuna və müdafiə sənayesi məsələsinə diqqət yetirib ki, biz son beş ildə bu sahədə hansı sürətli inkişafın olduğunu” görürük: “Eyni zamanda, Prezident əldə olunmuş nailiyyətlərlə yanaşı, qarşıda bizi gözləyən məsələlərin həllinin “yol xəritəsini” göstərmiş oldu. Ölkə başçısının dediyi kimi, arxayınlaşmamalıyıq və həbi-təhlükəsizlik sahəsində çox ciddi işlər görməliyik. Ordunun təhlükənin şərtlərinə uyğun olaraq, çevik, tapşırıqları zamanında və qüsursuz yerinə yetirməsi üçün hazırlığı vacib amildir. Həmçinin hüquq-mühafizə orqanları, xüsusi xidmət orqanları çox ciddi işlər görməlidirlər. Təbii ki, bu qurumların ciddi nailiyyətləri var və bu fəaliyyəti daha da təkmilləşdirmək lazımdır”.
“Bilirsiniz, ordu daim gücləndirilməlidir. Məlumdur ki, bu gün dünyada hüquq arxa planda qalıb. Kimin gücü varsa, o beynəlxalq hüquqdan üstün olduğunu nümayiş etdirir. Bu reallığı qəbul etmək lazımdır. Cənab Prezident dedi ki, beynəlxalq hüquq kağız üzərində qalıb. Hesab edirəm ki, Azərbaycanın güc balansını qoruması, təhlükəsizlik sahəsində güclü olmaq zərurəti var ki, bunu Prezident vurğuladı”, - komitə sədri əlavə edib.
A.Nağıyev vurğulayıb ki, Prezident müsahibəsi ilə həm daxili auditoriya üçün, həm də regional və beynəlxalq güclər üçün müsajlar verib: “Mesajların da mahiyyəti belədir ki, sabitlik istəyiriksə, gücdən istifadəni bacarmalıyıq. Biz bunu dövlət büdcəsinin qəbulunda da hiss etdik. Büdcə xərclərinin 21 faizinin müdafiə və təhlükəsizlik sahəsinə ayrılması göstərir ki, təhlükəsizlik mühüm məsələdir və hər zaman bunun qorunmasına hazırlıqlı olmalıyıq”.
“Məlumdur ki, cənab Prezidentin siyasətinin əsas istiqaməti ərazi bütövlüyünün, suverenliyin qorunması və hər bir Azərbaycan vətəndaşının rifahının yüksək olması, təhlükəsiz yaşayışın təminidir. Ölkə başçımız bu istiqamətdə bütün addımların atıldığının və atılacağının mesajını verdi”, - deyə Milli Məclis üzvü fikrini tamamlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 09 Yanvar 2026 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















