Icma.az
close
up
RU
Sabitlik və inkişaf: Azərbaycan Liderinin uzaqgörən siyasəti

Sabitlik və inkişaf: Azərbaycan Liderinin uzaqgörən siyasəti

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Dünyanın müxtəlif regionlarında qanlı müharibələr gedir, münaqişələrin ardı-arası kəsilmir. Dövlətlər siyasi təzyiqlərlə, dövlət kimi legitimliyini itirmək təhlükəsi ilə üz-üzə qalır. Dünya nizamı yenidən formalaşarkən güc amili fərqli rənglərə bürünür. 

Bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Bakıvaxtı.az-a qlobal siyasi proseslər fonunda Azərbaycanın mövqeyini şərh edərkən bildirib.

Politoloqun sözlərinə görə, yeni qlobal reallıqlar daxilində müstəqil siyasi xətt tutmaq hər keçən gün daha da çətinləşir. Hadisələr mahiyyət etibarilə, gün, saat demədən, hətta göz qırpımında dəyişir. Ritorikada “vuracam” deyilirsə, arxadan “əl uzadılır”. Bu isə proqnozlaşdırıla bilən, ənənəvi siyasi addımların əksinə, olduqca paradoksal, ambivalent vəziyyətə gətirib çıxardır. Bütün bunların fonunda cənab Prezident İlham Əliyev stabil yanaşmasında, məğrur duruşunda qətiyyət nümayiş etdirir. 
Dövlət başçımızın bu duruşunun arxasında duran birinci amil şübhəsiz ki, xalq-iqtidar birliyidir:

"Dövlət başçımız dəyişən reallıqlarda müstəqil siyasi xəttimizi dəyişmədən davam etdirir. Azərbaycan çoxşaxəli diplomatiya yürüdür. Azərbaycanın müstəqil xarici siyasət xətti regional güc balansında konstruktiv yanaşmanın, əməkdaşlığın əsasını qoyur. Digər bir məqam ondan ibarətdir ki, Azərbaycan heç zaman gecikmir, habelə impulsiv qərarlarda da maraqlı deyil. Gözləmə mövqeyində isə heç deyil. Cənab Prezidentin formalaşdırdığı uzaqgörən və çoxşaxəli siyasət prosesləri qabaqlayır. Riskləri öncədən hesablamağı bacarır".

Şəbnəm Həsənova: Dövlət başçımızın yürütdüyü bu siyasəti xalqımız olduqca yüksək dəyərləndirir

Şəbnəm Həsənova qeyd edib ki, regional, həmçinən qlobal güc balansları dəyişərkən Azərbaycan öz mövqeyini daha aydın, daha qətiyyətli və tərəddüdsüz bir formada ortaya qoyur. Cənab Prezident İlham Əliyevin illərlə formalaşdırdığı idarəçilik təcrübəsi, diplomatik məharəti öz sözünü qətiyyətlə deyir. Qlobal siyasətdə Azərbaycan Liderinin diplomatik məharəti deyə bir reallıq var. Beynəlxalq aktorlarla münasibətlər qarşılıqlı maraq üzərindən formalaşdırılır, daha da dərinləşdirilir:
"Beynəlxalq mediada yanlış, yalan məlumatların, uyğunsuz ritorikanın dövriyyə etdiyi bir zamanda regionla bağlı dəqiq və müfəssəl məlumatlar üçün Azərbaycan Liderinin nitqinə istinad edilir. Bəli, dövlət başçımız həm siyasi masada öz sözünü deyir, həm də informasiya cəbhəsində və rəqabətində öncül sıralarda qərar tutmağı bacarır. Dövlət başçımızın yürütdüyü bu siyasəti xalqımız olduqca yüksək dəyərləndirir".

Müsahibimizin fikrincə, sabitliyin, stabilliyin, inkişafın olduqca çətin bir məqamda davamlı bir hal alması xalqımız tərəfindən yüksək dəyərləndirildiyi kimi həm də Azərbaycanla əməkdaşlığa pənah gətirən aktorların sayı çoxalır. Bir daha sübut olunur ki, Müzəffər Liderimiz həm daxili, həm də xaricin siyasətin prioritet istiqamətlərini olduqca sərrast müəyyənləşdirməyi bacarır.

Zeynəb Rzayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:17
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 19 Yanvar 2026 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri