Icma.az
close
up
RU
Şabran ağsaqqallarının hesabat konfransı FOTO

Şabran ağsaqqallarının hesabat konfransı FOTO

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

13 may tarixində Şabran və Quba rayonlarında Ağsaqqallar Şurasının hesabat konfransı keçirilmişdir.

Modern.az xəbər verir ki, konfransda Ağsaqallar Şurasının sədr müavini Tahir Süleymanov, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov Ağsaqallar Şurasının baş məsləhətçisi, hüquqşünas Kamal Əliyev iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda həlak olmuş qəhrəman şəhidlərimizin və hesabat dövrü ərzində dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra konfranslarda çıxış edən İlqar Mahmudov və Asif Hüseynov Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanovu və tədbir iştirakçılarını salamlayaraq ağsaqqalların ölkəmizin ictimai-siyasi və mədəni həyatında əhəmiyyətli rolundan bəhs ediblər. 

Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ağsaqqallara daim böyük ehtiramla yanaşdığını qeyd edən natiqlər vurğulayıblar ki, milli mentalitetimizə və dəyərlərimizə daim bağlı olan Quba və Şabran rayonlarının əhalisi də ağsaqqal sözünə və öyüd-nəsihətinə böyük önəm verir. Çıxışlarının sonunda hər iki rayonda ağsaqqalların aktiv fəaliyyətləri ilə seçildiklərini vurğulayaraq onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən bəhs edib. Vurğulayıb ki, möhtərəm Prezidentimizin zəngin təcrübəsi, müdrik və güclü siyasəti nəticəsində ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrəti davamlı olaraq artır, beynəlxalq aləmdə nüfuzu gündən-günə möhkəmlənir və dünya səviyyəsində lider dövlətlər sırasına yüksəlir. 

Tahir müəllim əlavə edib ki, biz ağsaqqallar Azərbaycanın tərəqqisi naminə belə böyük işlər həyata keçirən möhtərəm Prezidentimizin ətrafında daha sıx birləşməli, öz fəaliyyətimizlə onu dəstəkləməli, üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməliyik. Çıxışının sonunda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov hər iki təşkilatın hesabatını qənaətbəxş qiymətləndirib, lakin bununla yanaşı vurğulayıb ki, ağsaqqallar xüsusilə gənclərimizlə daha çox iş aparmalı, boşanmaların, ailədaxili problemlərin və cəmiyyətimizdəki digər neqativ halların qarşısını almaq üçün əllərindən gələni əsirgəməməlidirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 May 2025 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see220

Xəbərdarlıq Yer kürəsində maqnit qasırğası başladı

03 Yanvar 2026 01:15see200

Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi

03 Yanvar 2026 06:51see195

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see177

Ağsuda BƏDBƏXT HADİSƏ Vəziyyətləri ağırdır

02 Yanvar 2026 10:18see165

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

03 Yanvar 2026 03:59see154

Dünya əhalisinin sayı rekorda yaxınlaşır

02 Yanvar 2026 23:37see152

İran xarici müdaxiləyə sərt cavab veriləcəyini bəyan edib

02 Yanvar 2026 18:54see151

Araqçi Trampın iranlı etirazçılara dəstək bəyanatlarını “düşünülməmiş və təhlükəli” kimi qiymətləndirib

03 Yanvar 2026 01:30see148

“Qurban Qurbanov çox sərt məşqçidir” Koxalski

02 Yanvar 2026 20:00see145

Məşhur ekstrasensdən Azərbaycanla bağlı 2026 PROQNOZLARI MÜSAHİBƏ

02 Yanvar 2026 10:12see144

Ukrayna xüsusi xidmət orqanları Kapustinin ölüm xəbərindən sonra onun sağ olduğunu elan etdi

02 Yanvar 2026 10:15see143

Bayramdan sonra işə adaptasiya olmağın yolları

02 Yanvar 2026 18:59see138

Elnur Məmmədli yeni vəzifəyə getdi

03 Yanvar 2026 03:13see136

Lindblad: “F1” yeni pilotlarının çoxundan bir az fərqli vəziyyətdəyəm”

03 Yanvar 2026 03:14see134

General polkovnik Elçin Quliyev Elnarə Xəlilovanı təltif etdi FOTO

03 Yanvar 2026 02:31see133

Qarğa qarıldaması nəyə işarədir? Dünyanın ən ağıllı quşunun səsində gizlənən HƏQİQƏTLƏR

02 Yanvar 2026 15:15see133

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see130

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see129

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri